“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 oktyabr, AZƏRTAC
Bu gün nəticəni nəzərə almasaq, yaxşı oyun keçirdik. Artıq “Neftçi”nin “Qarabağ” və “Sabah” kimi rəqiblərlə qarşılaşmalarda özünü autsayder kimi hiss etdiyini demək olmaz. Əvvəllər “Qarabağ”a böyük hesabla uduzduğumuz vaxtlar olub. İndi isə rəqiblərimizdən qorxmuruq.
AZƏRTAC xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın VIII tur oyunundan (3:3) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandasının oyunundan razı qaldığını, lakin iki xal itirdiklərini bildirib: “Qarabağ” və “Neftçi” Azərbaycan çempionatında 1000 oyun keçirən iki klubdur. Bu, çox şey deməkdir. Düşünürəm ki, düzgün yoldayıq və “Neftçi”ni daha güclü komandaya çevirmək üçün çalışmağa davam edəcəyik. Məqsədimiz həmişə turnir cədvəlinin ən yüksək pilləsində olmaqdır. Çempionatın dörddəbir hissəsini geridə qoymuşuq və qarşıda 25 oyun var. Mövsümün sonunda nəyə nail olacağımızı növbəti matçlar göstərəcək. Düzgün istiqamətdə davam edən komanda istəyinə çata bilər. Səmimi deyirəm, son iki oyunda dörd xal itirdik. Xüsusilə də bugünkü qarşılaşmada qələbəni əldən verdiyimiz üçün təəssüflənirəm. Mən həmişə istəyirəm ki, “Neftçi” meydanda futbol oynasın, vaxtı uzatmağa çalışmasın. Futbolçuların yerdə uzanaraq vaxt keçirməsini deyil, oyunu davam etdirməsini istəyirəm. Bu, bizim seçdiyimiz yoldur. Başqalarında günah axtarmaqdansa, öz oyunumuza baxmalı, səhvlərimizdən nəticə çıxarmalı və irəli getməliyik. Bu prinsiplə davam etsək, daha yaxşı və güclü komandaya çevriləcəyik. Komandanın müdafiədə buraxdığı səhvləri və oyunun son dəqiqələrindəki çıxışını isə təhlildən sonra daha dəqiq qiymətləndirmək mümkündür. İndi sakitləşmək, oyunu yenidən izləmək və nəticələr çıxarmaq lazımdır”.
Qeyd edək ki, bu nəticədən sonra “ağ-qaralar" 17 xalla turnir cədvəlinin ikinci, eyni xala malik “köhlən atlar" isə üçüncü pillədə qalıb.
Fotoqraf - Azər İbrahimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Oktyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















