Icma.az
close
up
RU
“Neftçi”nin baş məşqçisi Çempionlar Liqasının püşkatmasını dəyərləndirib

“Neftçi”nin baş məşqçisi Çempionlar Liqasının püşkatmasını dəyərləndirib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 iyun, AZƏRTAC

Sabiq komandam “Fomget” ilə oynayacağımız üçün duyğulandım.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət “Neftçi” komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin yarımfinalında Türkiyənin “Fomget” klubuna rəqib olmaları barədə danışarkən deyib.

O, Türkiyə təmsilçisinin güclü kollektiv olduğunu bildirib: “Demək olar ki, rəqibi tanıyıram. Bu komanda ilə Türkiyə çempionu olmuşam və Çempionlar Liqasında iştirak etmişəm. İndi isə rəqib kimi üz-üzə gələcəyik. “Fomget” qadın futbolunda ən çox yatırım edən klublardan biridir. Heyətində yaxşı oyunçular var. Bir neçə gün əvvəl baş məşqçiləri ilə yollar ayrılıb. Hazırda həmin vəzifə boşdur. Komandama çox inanıram. Bütün fikrimi Türkiyə klubu ilə matça yönəltmişəm. Həmin görüşün harada keçiriləcəyi bəlli deyil. Əgər qarşılaşma Ankarada baş tutsa, mənim üçün fərqli hisslər olacaq. Çünki paytaxtda yerləşən stadionda “Fomget” komandası ilə kubok qazanmışam”.

S.Əsgərov bəzi mövqelərə transferlər edəcəklərini söyləyib: “Müdafiə, yarımmüdafiə və cinahı gücləndirmək istəyirik. Ola bilsin ki, Türkiyədə çıxış edən azərbaycanlı futbolçuları transfer edək. Hələlik heç biri ilə razılığa gəlməmişik”.

Qeyd edək ki, “Neftçi” “Fomget”lə iyulun 30-da qarşılaşacaq. Paytaxt təmsilçisi Türkiyə təmsilçisini məğlub edəcəyi halda, finalda İsrailin "Kiryat" klubu ilə üz-üzə gələcək. Bu duelin qalibi II təsnifat mərhələsinə yüksələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri