“Neftçi”nin braziliyalısı: “Emin Mahmudovla bir komandada oynamaq fəxrdir”
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"İlk növbədə Allaha təşəkkürümü bildirmək istəyirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Breno Almeyda deyib.
Braziliyalı oyunçu "Şamaxı"ya üç cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının 31-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bütün komanda yollaşlarıma minnətdaram. Onlar həqiqətən meydanda böyük iş gördülər. Qazandığımız hər nəticə gördüyümüz işin, çəkdiyimiz əziyyətin nəticəsidir. Məşqlərdə etdiklərimizi oyun vaxtı meydanda da sərgiləməyə çalışırıq".
Qarşılaşmasa cərimə zərbəsindən baxımlı qola imza atan oyunçu fərqləndiyi üçün xoşbəxt olduğunu söyləyib:
"O qolu vura bildiyim üçün tanrıya şükür edirəm. Cərimə zərbələrini adətən Emin Mahmudov yerinə yetirir. Onu kimi futbolçu ilə bir komandada oynamaq mənim üçün fəxrdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 11 May 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















