“Neftçi”nin futbolçusu Azərbaycan millinin heyətindən çıxarıldı Yeni Çağ Media
Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.
“Neftçi”nin futbolçusu Kamil Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Yenicag.az xəbər verir ki, o, tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılması qərara alınıb.
“Sabah”ın oyunçuları Həzrət Səmədov və Əlibəy Mahmudov isə UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matçın ardından noyabrın 6-da toplanışa qoşulacaqlar.
Qeyd edək ki, U-17 noyabrın 4-7-də Qəbələdə, 8-9-da Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq./Report/
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Noyabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















