“Neftçi”nin futbolçusu fikrini dəyişmir qərarı qətidir
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
“Neftçi”nin futbolçusu Rza Cəfərov komandada qalmaq istəmir.
İdmanxeber.az-a verilən məlumata görə, millimizin qapıçısı legioner həyatı yaşamaq istəyir. “Ağ-qaralar” heyətə yeni əcnəbi qolkiper cəlb edəcək. “Neftçi” rəhbərliyi ən qısa vaxtda bu transferi tamamlamaq istəyir.
Bu səbəbdən də Cəfərov ayrılmaq niyyətindədir. O, qərarını baş məşqçi Samir Abasova da bildirib. “Neftçi” rəhbərliyi gənc qolkiperin ayrılmasına müsbət yanaşmır.
Ancaq oyunçu ehtiyatda qalmağı düşünmədiyi üçün getmək istədiyini yenidən rəhbərliyə çatdırıb.
Xatırladaq ki, daha öncə Rumıniyanın “Dinamo” klubu Cəfərovla maraqlansa da, paytaxt klubu onun keçidinə izn verməmişdi.
Baxış sayı:103
Bu xəbər 25 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















