“Neftçi”nin futbolçusu ili başa vurub
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan milli komandasının heyətində zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov ilin qalan hissəsini buraxacağı dəqiqləşib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Misli Premyer Liqasında mövsümün ilk yarısının “Kəpəz” və “Turan-Tovuz”a qarşı oyunlarda iştirak etməyəcək.
Emin Mahmudovun gələn ilin əvvəlində düşərgəyə qayıdacağı gözlənilir.

