“Neftçi”nin futbolçusundan mesaj: “Sonadək mübarizə aparacağıq”
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu matça çox yaxşı hazırlaşmışdıq". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Draqolyub Saviç deyib.
Serbiyalı yarımmüdafiəçi "Qarabağ"la 3:3 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının VIII turunun oyunundan sonra fikirlərini bölüşüb:
"Sürətimizdən və əks-hücumlardan istifadə etməyə çalışırdıq. Qələbə qazanmaq üçün kifayət qədər imkanlarımız oldu. Amma sonda bir xalla qayıdırıq. Bu, son deyil. Biz "Neftçi"yik və sonadək mübarizə aparacağıq".
Saviç qarşılaşmada komandasının qollarından birinə imza atmasına da münasibət bildirib:
"Bəzən yeni kluba, komandaya və komanda yoldaşlarına uyğunlaşmaq üçün vaxt lazımdır. Mən də hər gün üzərimdə çalışıram ki, azarkeşlərlə daha yaxşı ünsiyyət qurum. Bu qol mənim üçün xüsusi məqam idi. Qolu fanatlarımıza həsr edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















