Icma.az
close
up
RU
“Neftçi”nin kapitanı: “Komandanı layiq olduğu yerə nəhayət ki, çıxara bildik”

“Neftçi”nin kapitanı: “Komandanı layiq olduğu yerə nəhayət ki, çıxara bildik”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Çox çətin mövsüm keçirdik”.

Bunu İdman.biz-ə “Neftçi”nin basketbolçusu Amil Həmzəyev deyib.

Klubunun kapitanı Azərbaycan Basketbol Liqasının finalında “Sabah”a məğlub olmalarını şərh edib. O bildirib ki, komanda uğurlu nəticə qazanmaq üçün maksimumunu ortaya qoyub: “Mövsümə çox pis başlasaq da, sonradan toparlana bildik. İlboyu ikinci, üçüncü yerdə gedən komandalar bura qədər gəlib çıxa bilmədi, ancaq biz finala qədər gəlməyi bacardıq. “Neftçi”ni layiq olduğu yerə nəhayət ki, üçüncü mövsümdə çıxara bildik. “Sabah” avrokuboklarda iştirak etdiyi üçün büdcə fərqimiz var. Buna baxmayaraq, layiqli oyun keçirdik. Düşünürəm ki, gələn il büdcə baxımından bərabərlik təmin olunarsa, biz də daha yaxşı oyun göstərərik. Məncə, artıq “Neftçi” üçün də avrokuboklara getmək vaxtıdır”.

34 yaşlı basketbolçu mövsümdə çıxışlarını da dəyərləndirib: “Bizim transfer haqlarımız erkən bitdi, legionlərimizdən biri finallardan öncə şəxsi səbəblərdən klubu tərk elədi. Rotasiyalarımız az oldu, özüm də bu mövsüm xeyli zədələrlə “boğuşdum”. Məşqçi məndən istifadə etməyə çalışsa da, çox oynaya bilmirdim. Rotasiyada çətinliklərə baxmayaq, çox yaxşı mübarizə apardıq. Xüsusən də, ilk dörd ayı. Final seriyasına gəldikdə, ilk başda bizdə inam yox idi ki, “Sabah”a qalib gələ bilərik. Üçüncü oyunda qələbə qazandıqdan sonra inam yarandı və o güvənlə dördüncü oyunda qalib gəldik. Beşinci matçda isə müəyyən qədər arxayınlıq yarandı. Ümumilikdə isə final seriyası çox yaxşı keçdi”.

Qeyd edək ki, finalda ilk dəfə oynayan “Neftçi” mövsümü gümüş medalla başa vurub.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see472

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see306

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see279

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see198

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see191

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see146

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see143

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see130

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri