Neftçinin kapitanı: Samir Abasov komandaya özgüvəni qaytarmaq istəyir
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Neftçi"nin qapıçısı və kapitanı Rza Cəfərov Sportal.az saytına açıqlama verib.
O ,"Turan Tovuz"la görüşdəki heç-heçəni şərh edib, həmçinin komandanın durumu barədə danışıb:
"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Turan Tovuz" öz azarkeşləri qarşısında oynayırdı. Analizlərdən filan bilirdik ki, elə təxmini bu cür oyun bizi gözləyir. Meydana vuruşmağa, qələbə üçün çıxmışdıq. Təəssüf ki, yenə də belə alındı, heç-heçə oynadıq, qələbə olmadı. Komandada ümumi durum yaxşıya doğru gedir. Qış fasiləsindən sonra toparlanıb daha yaxşı olacağına inanırıq.
İlk növbədə özünəinamı qaytarmaq lazımdır. Düşünürəm ki, ilk turlarda ardıcıl qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edirdi. Samir Abasov ilk növbədə komandaya, futbolçulara özgüvəni qaytarmaq istəyir. Sonradan da yavaş-yavaş nəticə qazanacağıq. Fasilədən sonra yəqin ki, böyük ehtimalla gedən və yeni gələn futbolçular da olacaq. Böyük ehtimalla həm də psixoloji cəhətdən də böyük dəyişikliklər olacaq. Meydançada vuruşmaq lazımdır. O da dəyişəcəl. Fasilədən sonra vəziyyətdən çıxacağıq".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Dekabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















