Icma.az
close
up
RU
“Neftçi”nin legioneri: “Bizə gələndə VAR a 10 dəqiqə baxırlar” MÜSAHİBƏ

“Neftçi”nin legioneri: “Bizə gələndə VAR a 10 dəqiqə baxırlar” MÜSAHİBƏ

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Neftçi"nin futbolçusu İmad Faraj "Qarabağ"a səfərdə 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir…
- "Qarabağ"a məğlub olduz. Oyunla bağlı nə deyə bilərsən?
- Düşünürəm ki, yaxşı oynadıq. Bir çox qol imkanlarımız oldu. Yaxşı müdafiə olunduq, çünki "Qarabağ" güclü komandadır. Amma o penalti məncə, bizim motivasiyamızı sındırdı. Fikrimcə, hər oyunda daha yaxşı olacağıq, çünki bir-birimizi daha çox tanımağa başlayacağıq və bundan sonra hər şey daha yaxşı olacaq.
- Səncə, bugünkü oyunda nəticəyə nə təsir etdi? Problem nədədir?
- Bunun xüsusi izahı yoxdur. Sadəcə o penalti bizi "öldürdü". Yaxşı oynayırdıq, hər şey qaydasında idi. İlk hissədə "Qarabağ"ın bizdən üstün olduğunu hiss etmirdik, oyun bərabər idi. Amma o penaltidən sonra ruhdan düşdük.
- Bu nəticə sizə psixoloji təsir göstərəcək?
- Xeyr. Çünki biz öz potensialımızı bilirik. "Qarabağ"ın çox güclü komanda olduğunu da bilirik. Amma bu gün onlara qarşı yaxşı mübarizə apardıq. Düşünürəm ki, növbəti oyun daha yaxşı olacaq.
- Adətən hakimlikdən narazılıq edirsiz. Bu gün də hansısa narazılıq var?
- Bilmirəm, çünki penalti epizodunu özüm görmədim. Amma məşqçimiz dedi ki, bu penalti normalda verilməməli idi. Hakim çox tələsdi, fit çaldı və nə VAR yoxladı, nə də başqa bir şey – iki dəqiqəyə penalti qərarını verdi. Amma bizə gələndə VAR-a 10 dəqiqə baxırlar. Bu dəfə isə heç vaxt itirmədən dərhal penalti verdilər.
- 11 oyundan sonra 15 xal toplamaq sizin üçün qənaətbəxş nəticə sayılır?
- Asan deyil. Çünki ilk oyunlarda çox da uyğunlaşmamışdıq – komandada bir çox yeni futbolçu var idi. Amma son üç matçda daha yaxşı idik, ardıcıl üç qələbə qazanmışdıq. Sadəcə bu oyunu uduzduq. Bu bizim liqada ikinci məğlubiyyətimizdir. Amma bir neçə ay əvvəllə müqayisədə çox irəliləmişik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri