Icma.az
close
up
RU
Neftçinin legioneri: Luçani Spalletinin məşqçi kimi mənə çox köməyi dəyib

Neftçinin legioneri: Luçani Spalletinin məşqçi kimi mənə çox köməyi dəyib

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Neftçi"yə keçəndə çox təəccübləndim. Komanda haqqında çox məlumatın yox idi. Buraya gələndə insanlar məni çox yaxşı qarşıladılar. Yeni ölkə ilə tanış oldum. Səmimi deyim ki, burada çox xoşbəxtəm". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Mustafa Sek deyib.

Klubun televiziyasına müsahibə verən seneqaləsilli ispaniyalı futbolçu seçimi zamanı "Zirə"nin qapıçısı Tyaqo Silvadan məsləhət aldığını bildirib: "Hazırda "Zirə"də çıxış edən Tyaqo Silva ilə tanışam. Onunla danışıb "Neftçi" haqqında soruşmuşdum. O, mənə "Neftçi"nin Azərbaycanın ən böyük klublarından biri olduğunu cavab vermişdi. Komandanın idman müşaviri Kamil Məmmədovla danışmışdım, o, mənə çox yaxşı məlumatlar vermişdi. Bu layihə çox xoşuma gəlmişdir. Ona görə də bu gün "Neftçi"dəyəm. Uyğunlaşma prosesi çox yaxşı keçdi. Bakı müasir şəhərdir, sözün əsl mənasında çox təəcübləndim".

Mustafa Sek futbola ilk addımlarını atdığı "Barselona" və "Roma"da keçirdiyi futbol həyatından danışıb: "Futbola "Barselona" kimi böyük klubda oynamağa başlamışam. İdman bəxti üzümə gəlib ki, belə komandalarla yolum kəsişib. İndiyədək əldə etdiklərimlə qürur duyuram. Əlbəttə, "Roma"dakı günləri çox yaxşı xatırlayıram. Françesko Totti kimi əfsanə ilə eyni komandada olaraq, ondan çox şey öyrənmişəm. Eyni zamanda "Roma"nın baş məşqçisi Luçani Spalletinin məşqçi kimi mənə çox köməyi dəyib. Buna görə də, hər ikisinə minnətdaram. Təssəvürümdə belə yox idi ki, nəvaxtsa Azərbaycanda oynayacam. Həyat sürprizlərlə doludur".

28 yaşlı futbolçu "Neftçi"nin qış fasiləsindən sonra daha yaxşı çıxış edəcəyini vurğulayaq, çətin anlarda komandaya dəstək verən azarkeşlərə təşəkkür edib: "Bakı təhlükəsiz şəhərdir. Ailəmlə burada çox rahat gəzirəm. Yerli mətbəx xoşuma gəlir. Amma buradakı tıxacı bəyənmirəm. Hansı ölkədə asılı olmadan futbol eynidir. Azərbaycandakı futbol məni çox təəccübləndirdir. Çünki çempionat inkişaf edir. Bütün futbolçularla yaxşı münasibətim var. Baş məşqçimizin öz oyun fəlsəfəsi var. Onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Çempionata yaxşı başlamasaq da, vəziyyəti düzəltmək imkanımız var. Ümid edirəm ki, qış fasiləsindən sonra daha yaxşı oynayıb, daha yaxşı nəticələr qazanacağıq. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Yaxşı vəziyyətdə olmamağımıza baxmayaraq, bizi dəstəkləyirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Yanvar 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri