“Neftçi”nin məşqçisini kəllə ilə vuranın cəzası açıqlandı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən VƏTƏN – “Neftçi” oyununda baş verən qalmaqalla bağlı qərarlar verib.
QOL.az xəbər verir ki, matçın 69-cu dəqiqəsində “Masallı”da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.
“Neftçi”nin rəsmisi Rəşad Hüseynov həmin dəqiqədə Abdulla Xəlilovu vurduğu üçün 10 oyunluq diskvalifikasiya olunub.
Qarşılaşmada təhlükəsizlik təmin edilmədiyindən, “Vətən” müstəsna hal olaraq 500 manat cərimələnib. Bundan başqa, baş verən insidentlə bağlı hər iki komanda rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















