“Neftçi”nin sabiq baş məşqçisi FİFA ya şikayət edib
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç maliyyə borcuna görə işlədiyi iki İran klubundan FİFA-ya şikayət ünvanlayıb. Sport24.az xəbər verir ki, monteneqrolu mütəxəssis bu barədə Rusiyanın "Championat.com" portalına açıqlama verib:
"İki "İstiqlal"ım var idi. Əhvazda normal nəticələr əldə etdim. Doqquzuncu və ya onuncu yerdə idik ki, bu da klub üçün çox yaxşı nəticə hesab olunurdu. Amma pul vermədilər, mən getdim.
Tehrandan olan digər "İstiqlal" isə İran standartlarına görə böyük klubdur. İki aydan sonra məni işdən çıxardılar və heç nə vermədilər. FİFA-nın Mübahisələrin Həlli Palatasına şikayət etməli oldum. Cavab gözləyirəm".
Qeyd edək ki, Bojoviç 2024-cü ilin qışından mövsümün sonuna qədər "ağ-qaralar"ın "sükanı arxasında" olub.
Baxış sayı:142
Bu xəbər 24 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















