Icma.az
close
up
RU
“Neftçi”nin sabiq baş məşqçisinin gileyi: “Bəxtin də gətirməlidir” İdman və Biz

“Neftçi”nin sabiq baş məşqçisinin gileyi: “Bəxtin də gətirməlidir” İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi” ilə pis sağollaşmadım. İnanıram ki, komanda daha yaxşı olacaq, çünki çox yaxşı kollektivə malikdir”.

Bunu İdman.biz-ə “Neftçi” basketbol klubunun sabiq baş məşqçisi Anar Sarıyev deyib.

O, Bakı təmsilçisindən ayrıldıqdan sonra da “ağ-qaralar” qələbə qazana bilmir. Sarıyev xələfi Omid Movahed Nejatın işinə qiymət verməyi isə düzgün saymır: “Komandada müsbət mənada dəyişikliklər var. “Neftçi”ni mənim dövrümlə müqayisə etsək, indi daha güclüdür. Burada büdcə məsələsi də var. Məncə, hazırda çoxdur və buna uyğun basketbolçular gəlib. Hər biri öz ampluasında heç də zəif deyillər. Sadəcə bir qədər vaxt lazımdır. “Neftçi” daha da yaxşı oyun göstərəcək. Komanda olaraq onları bəyənirəm”.

Onun sözlərinə görə, büdcədən əlavə oyunlarda bəxt amili də çox önəmlidir: “Mənim dönəmimdə də maliyyə az idi, deyə bilmərəm. Pul ayrılmışdı, amma yeni gələn oyunçular biz transfer etdiklərimizdən çox maaşa gəliblər. Düzdür, hər şey büdcə ilə ölçülmür. Bu səviyyədə basketbolçuları çağıranda bir qədər bəxtin də gətirməlidir ki, yaxşı çıxsın. Eləsi var xasiyyəti yaxşı olmur, bəziləri ailəsi üçün darıxıb qayıtmaq istəyir, hərəsini ayrı-ayrılıqda dilə gətirməyə çalışırsan. Belə problemlər çox olur. Şansın da olmalıdır ki, gətirdiyin aşağı ödənişli oyunçular yaxşı təsir bağışlasınlar”.

Qeyd edək ki, “Neftçi” Anar Sarıyevlə Azərbaycan Basketbol Liqasının 3-cü turundan sonra yollarını ayırıb. Klub 6 turdan sonra hələ də qələbə qazana bilməyib.

Emin Ağa
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri