Icma.az
close
up
RU
“Neftçi”nin sabiq futbolçusu Xankəndidə

“Neftçi”nin sabiq futbolçusu Xankəndidə

"Xankəndi" futbol klubu növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Region Liqası təmsilçisi 20 yaşlı müdafiəçi Nihad Ağayevi heyətinə qatıb. Azərbaycanın U-16, U-17 və U-19 yığmalarının şərəfini qorumuş Ağayev Sumqayıt futbol məktəbinin yetirməsidir. O, karyerası ərzində "Sumqayıt", "Neftçi", MOİK və "Füzuli" komandalarında forma geyinib.

Qeyd edək ki, "Xankəndi" Ağayevdən öncə minifutbol üzrə millimizin oyunçuları Ziya Məmmədli, Əliəkbər Şəbiyev, Təmraz Əmircanov və Elçin Qasımovu heyətinə qatıb.

seeBaxış sayı:85
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri