Icma.az
close
up
RU
“Neftçi”nin yeni transferi hansı keyfiyyətlərlə gəlib?

“Neftçi”nin yeni transferi hansı keyfiyyətlərlə gəlib?

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi”nin yeni transferi, peşəkar karyerasını onu yetişdirən İngiltərə “Koventri”sində (2015/2016) başlayan Bassala Sambou Bakı klubuna hansı keyfiyyətlərlə gəlib?

İdman.biz bunu müəyyən etmək üçün Hannover doğumlu 27 yaşlı Almaniya vətəndaşının cari mövsümdə Kipr çempionatında statistik göstəricilərini nəzərdən keçirib.

İlk öncə onu qeyd edək ki, “Koventri”də cəmi 1 kubok oyunu keçirən Bassala, sonrakı 3 mövsümdə 2-ci Premyer Liqanın “Everton”un U-23 komandasında 3 mövsüm ərzində bütün turnirlərdə 83 oyunda 28 qol vurub. Növbəti 3 mövsümdə Niderland Erediviziyası klubu “Fortuna Sittard”ın oyunçusu olan Sambou bu komandada 38 oyunda 3 qolla fərqlənib. Bu 3 mövsümünün ikincisində icarədə Danimarka Superliqasında “Randers”in formasını geyinmiş futbolçu 28 oyuna 4 qol vurub.

2021-ci ildə yenidən Britaniyaya qayıdan Bassala İngiltərə aşağı liqalarında növbəti iki mövsümünün çox hissəsini “Kru Aleksandra”da (49 oyun, 1 qol), bir hissəsini isə icarədə “Oldhem Atletik”də (9 oyun, 2 qol) keçirib.

2023/2024 mövsümündə “Enosis Neon Paralimni”nin Kiprin ikinci divizionundan birinci diviziona yüksəlməsində 2 qolu ilə iştirak edən hücumçu cari mövsümdə klubla ölkə kubokunda 4 oyuna 2, çempionatda 18 oyunda 3 qol vurub.

Sambounu daha yaxşı tanımaq üçün onun bu mövsüm çempionatdakı statistik göstəricilərini təfərrüatları ilə nəzərdən keçirək.

Komandasının bombardiri olan hücumçu 18 oyunun 16-sında meydana start heyətinə çıxıb və cəmi 1526 dəqiqə oynayıb. Bu oyunlarda 19 zərbəsindən 9-u qapı çərçivəsinə gedən futbolçunun 2 zərbəsi bloka alınıb.

Sambounun 2 həmləsi ofsayda düşməsi səbəbindən yarımçıq dayandırılıb. Driblinqlərinin 86,49 faizini uğurla başa çatdıran Bassala 32 dəfə müsbət nəticəyə nail olub. Rəqib futbolçular isə onu 20 dəfə driblinqdə keçiblər.

Rəqibin cərimə meydançasına 25 dəfə şığıyan hücumçu bunun 7-də uğurlu olub.

Təkbətək mübarizədə 154 (36,75 faiz), hava mübarizəsində isə 47 (40,52 faiz) qələbəsi heç də yüksək göstərici deyil.

272 ötürməsinin 191-i (70,22 faiz) dəqiq olan Bassalanın bu paslarının 1-i qola gətirib. Uzun ötürmələrinin 9-u (47,37 faizi) ünvana çatıb.

Müdafiəçilərə yardıma gələrkən 21 dəfə topu təhlükəli zonadan uzaqlaşdıran hücumçunun səhvi üzündən rəqibləri 10 dəfə qapıya zərbə vura biliblər.

20 dəfə qayda pozan futbolçuya qarşı 43 dəfə fol edilib. Kobudluğu 6 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Oyunu orta 6,85 balla dəyərləndirilən Sambou, bu göstəriciyə görə komandasında 6-cıdır.

Qeyd edək ki, Bassala Misli Premyer Liqasının XXII turunun “Zirə” ilə oyunda debüt edib.

Vüqar Məmmədov
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri