“Neftçi”nin Yurçiçlə yüksəlişdə olan rəqibi: “Piramids” misirliləri də “Kayrat”ın aqibəti gözləyir?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qış təlim-məşq toplanışını Əbu-Dabidə keçirən “Neftçi” bu gün növbəti yoxlama oyununda “Piramids”lə qüvvəsini sınayacaq.
“Football-plus.az”ın məlumatına görə, Misir təmsilçisinin əsası 2008-ci ildə qoyulub. Qahirə komandasının “transfermarkt”dakı dəyəri 23,5 milyon avrodu. Təcrübəli futbolçulardan qurulub. Heyətində 31 oyunçu olan “Piramids” hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 turdan sonra 27 xal toplayan komanda lider “Kleopatra”dan cəmi 2 xal geridədi.
Həmçinin kollektiv hərəsi bir dəfə olmaqla Misir kubokunda, Afrika Çempionlar Liqasında, Afrika kubokunda və Afrika superkubokunda çempionluğa sevinib. “Piramids”in baş məşqçisi 56 yaşlı mütəxəssis Krunoslav Yurçiçdi. Misirlilər bu uğurlara məhz adı çəkilən xorvatiyalının dövründə imza atıb. Yurçiç həm də ölkəsində Zaqreb “Dinamo”sunun baş məşqçisi kimi 3 dəfə premyer-liqa çempionluğunu bayram edib.
Komanda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu “Neftçi”yə qarşı keçirəcək. “Ağ-qaralar” isə ilk matçı artıq geridə qoyub: Çempionlar Liqasında yarışan “Kayrat”ı darmadağın edib.
Xatırladaq ki, “Neftçi” – “Piramids” matçı Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















