Icma.az
close
up
RU
“Neftçi”yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir”

“Neftçi”yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının XII turunun “Neftçi” – “İmişli” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Gözəl, fantastik qələbə oldu. “Neftçi”nin böyük rəqib olduğunu bilirdik. Onlara qarşı yaxşı hazırlaşmışdıq. “Neftçi”nin necə oynacağını bilirdik. Boşluqlarından istifadə edə bildik. Oyuna çətin başladıq. Penaltidən buraxdığımız qolla geri düşdük. Bu, “Neftçi” kimi komanda ilə oyunda çətin durumdur. Buna baxmayaraq, toparlandıq. Növbəti dəfə geri düşəndən sonra xarakterimiz özünü göstərdi. Oyundan və komandamda razı qaldım. “Neftçi”yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir.

– Bu gün Bakıya qələbə üçün gəlmişdiniz, ya bir xal da kifayət edəcəkdi?
– Uşaqlarla danışanda onları qələbəyə kökləyirik. Rəqibimiz güclü oyun göstərirsə, məqsəd uduzmamaqdır. “İmişli” üçün hər xal qazancdır. Bugünkü üç xal isə fantastikdir.

– Xarakteri kənara qoysaq, başqa nəyin hesabına qalib gəldiniz? “Neftçi”də nə çatmadı?
– “Neftçi” barədə nəsə deyə bilmərəm.

– Birinci oyunda “Neftçi”yə qol vura bilməmişdiniz. Bu dəfə isə 3 qol vurdunuz, bunlardan ikisi də standart vəziyyətdən idi…
– İki oyun arasında fərqlər çoxdur. Birinci oyun mövsümün əvvəlinə təsadüf etmişdi. Bizə komandanı formalaşdırmaq üçün vaxt lazım idi. Ona görə ilk oyunda fərqli “İmişli” idi. İndi isə 4 ay keçib və komanda oyununu tapıb. “Neftçi” ilk komanda deyil ki, üç qol vururuq. İndi məqsədlərimiz daha yüksəkdir. Çox qol vurmaq və hücuma yönəlik oynamaq.

– Son dəqiqələrdə legioner hücumçuları əvəzlədiniz. Sanki artıq 2:2-yə razı idiniz.
– Almeyda və Juninyo çox qaçmışdı. Komandanın fiziki yenilənməyə ehtiyacı var idi. “Neftçi”nin sürətli hücumları olurdu. Dəyişiklik etməyə səbəb fiziki cəhətdən müqavimət göstərə bilmək idi.

– Qışda transferlərin olması üçün rəhbərliklə danışacaqsınızmı büdcəni artırsın?
– Qış transfer dönəmində oyunçuları almaq daha çətin olur. Xüsusilə də, bizim kimi klublar üçün. “Neftçi”, “Qarabağ”, “Sabah” səviyyəsində deyilik ki, bahalı oyunçu alaq. Biz avrokubokları düşünmürük. Yeni yaranan komandayıq və stabillik istəyirik. Məqsəd bu heyətlə maksimum nəticəni qazanmaqdır. Hədəf elitada stabil komandaya çevrilməkdir. Hazırda transferlər haqda düşünmürük.

– Qarşıda kubok oyunu var və rəqib son qalib “Sabah”dır. Kuboka necə yanaşacaqsınız?
– Futbolçuları hər matçda qələbəyə hazırlayırıq. Məqsədimiz ancaq qalib gəlməkdir. Qarşımızdakı rəqibdən də çox şey asılıdır. “Sabah” cütün favoritidir, biz yox. Amma “Sabah” görür ki, “Neftçi”ni mığlub edirik, onlar da ciddi hazırlaşmağa başlayacaq. Onların da məqsədi kuboku qazanmaqdır. Bizim hədəf isə oyundan-oyuna qələbədir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri