Neftin hazırki yüksək qiymətləri nə qədər davam edəcək?
Icma.az, Sitat.info saytına istinadən bildirir.
"Hazırda neftin qiymətinin artmasının yeganə səbəbi İran ətrafında gedən hadisələrdir. Eyni zamanda Körfəz ölkələrinə hücumlar nəticəsində neftayırma zavodlarına ciddi ziyan dəyib. Neft hasil edən sahələrdə ciddi ziyan olmasa da Səudiyyə Ərəbistanı, Küvey, Bəhreyn və Birləşmiş Ərəb Əmirliyi hasilatı azaltmaq qərarını verdi. Çünki hazırda hasil etdiyi nefti sata bilmir, logistik xətlər zədələnib".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, müharibə dayansa belə bir müddət qiymətlərin yuxarı həddi davam edəcək: "Lakin indiki qiymətlər, yəni, 110-120 dollar dəhlizi olmayacaq. Müharibə dayandıqdan sonra neft 80 dollara qədər düşəcək. Müharibədən əvvəlki 67-68 dollar həddinə düşməsi isə zaman alacaq, 75-80 dollar cıvarında qala bilər. Bir sözlə, neft hasilatı ilə bağlı hər hansı problem olmadığından, fundamental səbəblər işə düşdükdən sonra qiymətlərin indiki həddə qalması mümkün deyil".
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 09 Mart 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















