Icma.az
close
up
RU
Neftin qiyməti qalxır, tələbat 2032 də pikə çatacaq

Neftin qiyməti qalxır, tələbat 2032 də pikə çatacaq

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Oktyabrın 29-da neftin qiyməti qalxıb. Səbəb ABŞ-də xam neft ehtiyatlarının azalması və dünyanın iki ən böyük neft istehlakçısı – ABŞ və Çinin liderlərinin gözlənən görüşü ilə bağlı nikbinlikdir.

Bu barədə “Reuters” yazır.

Bu gün “Brent” xam neftinin fyuçers qiyməti barelə görə 22 sent, yaxud 0.34 faiz qalxaraq 64.62 dollar, “Qərbi Texas” neftinin fyuçersi 20 sent, yaxud 0.33 faiz yüksələrək 60.35 dollar olub.

Çinin Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 29-da bildirib ki, prezident Si Cinpin bir gün sonra ABŞ prezident Donald Tramp ilə Cənubi Koreyanın Busan şəhərində görüşəcək. Pekin müsbət nəticələr üçün birlikdə işləməyə hazır olduğunu əlavə edib.

ABŞ-də xam neft, benzin ehtiyatları ötən həftə azalıb. Bazar mənbələri bunu Amerika Neft İnstitutunun (API) məlumatlarına istinadən bildiriblər. Oktyabrın 24-də başa çatan həftədə xam neft ehtiyatları 4.02 milyon barel azalıb. Benzin ehtiyatlarının 6.35 milyon barel azaldığı vurğulanır.

Ötən həftə neftin qiymətlərində ən böyük həftəlik artım qeydə alınmışdı. Bu, D.Trampın prezidentliyinin ikinci dönəmində Rusiyanın “LUKoil” və “Rosneft” şirkətlərinə ilk sanksiyalarından sonra baş verib. Amma yenə də sanksiyaların bazardakı aşırı təklifi üstələyəcəyinə, digər yandan da OPEC+un hasilatı artıracağı haqda söhbətlər qiymətlərə təzyiq göstərib.

Neft tələbi 2032-də pikə çatacaq

Bu arada qlobal neft tələbatının əvvəl gözləniləndən iki il gec – 2032-də pik həddə çatacağı bəlli olub. “Wood Mackenzie” konsaltinq şirkəti oktyabrın 29-da bu barədə hesabat yayıb. Səbəb olaraq nəqliyyat və neft-kimya sənayesində karbohidrogenlərdən istifadənin davamlı dinamikası göstərilir.

Hesablamalara görə, 2032-ci ildə maye karbohidrogenlərə tələbat pik həddə – gündə 108 milyon barelə çatacaq, təbii qaz tələbatı isə 2040-cı illərin sonlarına qədər dayanıqlı qalacaq.

Hesabatda deyilir ki, süni intellekt səbəbindən enerji tələbinin artması, geosiyasi gərginliklər mədən yanacağına asılılığı artırıb. Bu isə 2050-ci ilədək “sıfır emissiya” hədəflərinə çatmağı mümkünsüz edib.

Gələn ay Braziliyada COP30 konfransı keçirilməlidir. Həmin tədbirdə ölkələr iqlim öhdəliklərini yeniləməli, bərpaolunan enerji hədəfləri üzrə irəliləyişi qiymətləndirməlidir.

“Wood Mackenzie” bildirir, qlobal istiləşməni 2 dərəcə Selsidə saxlamaqdan ötrü 2025-2060-cı illər aralığında ildə 4.3 trilyon dollar investisiya tələb olunacaq. Bu, indiki səviyyədən 30 faiz çoxdur. Yalnız bu zaman 2060-cı illərdə sıfır emissiyaya çatıla bilər.

Enerji sektoruna qoyulan investisiyalar isə növbəti 10 ildə qlobal ÜDM-in indiki 2.5 faizindən 3.35 faizə qaldırılmalıdır.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Oktyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri