Neftin qiyməti xeyli azalıb Daha da ucuzlaşa bilər
Icma.az bildirir, Sfera.az portalına istinadən.
Neft qiymətlərində ucuzlaşma davam edir.
Sfera.az xəbər verir ki, avqust ayı daxil olandan neft qiymətlərində nəzərəçarpacaq enmə baş verib.
İyulun sonunda "Brent" neftinin qiyməti 72-73 dollar idi. Amma bu gün bu neftin dəyəri 65-66 dollara enib.
Ümumilikdə, "Brent" nefti son bir ayda 6 faiz, son bir ildə isə 17 faiz dəyər itirib. Bir il əvvəl "Brent" nefti 80 dollara satılırdı.
Son günlərdə neftin ucuzlaşmasına ABŞ Prezidenti Donald Trampın açıqlamaları səbəb olub. Tramp hesab edir ki, Rusiyanı Ukrayna ilə bağlı atəşkəsə razı salmaq üçün hökmən neft ucuzlaşmalıdır. Böyük ehtimalla, sanksiyalar səmərə verməsə ABŞ neftin qiymətinin 60 dollara qədər enməsinə çalışacaq.
Vasif
Baxış sayı:98
Bu xəbər 08 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















