Icma.az
close
up
RU
Neftin qiymətləri qalxdı: tələbat proqnozları pisləşdi

Neftin qiymətləri qalxdı: tələbat proqnozları pisləşdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Neftin qiymətləri 28 yanvar, çərşənbə axşamı günü yüksəlib, lakin Çindən gələn zəif iqtisadi məlumatlar və digər ölkələrdə havanın istiləşəcəyi proqnozları tələbat proqnozlarının pisləşməsinə səbəb olduğu üçün iki həftəlik minimuma yaxın qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Brent markalı neftin fyuçersləri 42 sent, yaxud 0,54% artaraq bir barel üçün 77,5 dollar təşkil edib. ABŞ-da West Texas Intermediate (WTI) markalı neftin qiyməti isə 34 sent, yaxud 0,46% artaraq bir barel üçün 73,51 dollar olub. Bazar ertəsi günü Brent 9 yanvardan, WTI isə 2 yanvardan bəri ən aşağı səviyyəyə enmişdi.

Dünyanın xam neft üzrə ən böyük idxalçısı olan Çin, yanvar ayında istehsalat fəaliyyətinin gözlənilməz şəkildə azalması barədə bazar ertəsi məlumat yayıb. Bu, qlobal xam neftə tələbat artımı ilə bağlı narahatlıqları artırıb. 

"Risk mühitində ehtiyatlılığın ümumi tonu, Çin üzrə zəif PMI göstəriciləri ilə birləşərək Çindəki neft tələbatının perspektivlərinə kölgə sala bilər və bu, neftin qiymətlərini cilovlaya bilər", - deyə IG analitiki Yep Jun Ron bildirib.

Çində xam neftə tələbatın ABŞ-ın Rusiya nefti ilə ticarətə tətbiq etdiyi yeni sanksiyalar səbəbindən də əziyyət çəkəcəyi gözlənilir. FGE analitiklərinin fikrincə, Şandun əyalətindəki neftayırma zavodları, Shandong Port Group-un ABŞ sanksiyası altında olan tankerlərə qadağa tətbiq etməsi səbəbindən yaxın zamanda gündəlik 1 milyon barel xam neft itkisinə məruz qala bilər.

"Rusiya təchizatına alternativ xam neft axtarılır, lakin bu barellər daha baha qiymətə başa gəlir", - analitiklər qeyd edir.

Çindəki bir neçə müstəqil neftayırma zavodu isə fəaliyyətini dayandırıb və ya qeyri-müəyyən xidmət dövrünə hazırlaşır. Bu barədə Reuters-ə mənbələr məlumat verib. Buna səbəb yeni Çin tarifləri və vergi siyasəti nəticəsində zavodların zərər etməsidir.

Dünyanın xam neft üzrə üçüncü ən böyük idxalçısı olan Hindistan da Rusiya nefti ilə bağlı təchizatda fasilələrlə qarşılaşır. Lakin FGE analitiklərinə görə, Hindistan neftayırma zavodları mart ayına qədər möhlət müddətindən istifadə edərək alışları həyata keçirir.

ABŞ-da isə hava proqnozlarına əsasən, bu həftə temperatur normadan yuxarı olacaq. Bu, əvvəlki soyuq dalğaların təbii qaz və dizel yanacağı üçün yaratdığı sıçrayışdan sonra istilik yanacağına tələbatı azaldır. 

"ABŞ və Avropa regionlarında temperaturun artması, istilik yanacağına olan tələbatı nisbətən azaldır", - StoneX neft analitiki Aleks Hodes bildirib.

Qeyd edək ki, 27 yanvar bazar ertəsi günü neftin qiymətləri ABŞ prezidentinin OPEC-i qiymətləri azaltmağa çağırması və prezidentliyinin ilk həftəsində ABŞ-da neft və qaz hasilatının artırılması üçün tədbirlər elan etməsindən sonra ucuzlaşıb.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri