Icma.az
close
up
RU
Neftin ucuzlaşması manatın məzənnəsi üçün də riskli mühit formalaşdırır Rəşad Həsənov

Neftin ucuzlaşması manatın məzənnəsi üçün də riskli mühit formalaşdırır Rəşad Həsənov

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

"Dünya bazarında neftin qiymətinin 60 dollara qədər enməsi son dövrlərdə qlobal iqtisadi və geosiyasi proseslərlə birbaşa bağlıdır. Bu tendensiyanın əsas təsiredici amillərindən biri ABŞ-ın həyata keçirdiyi yeni ticarət siyasətidir. ABŞ administrasiyası inflyasiyanın qarşısını almaq məqsədilə neftin ucuzlaşdırılmasına yönəlik siyasət aparır. Bunun üçün ölkə öz enerji resurslarını maksimum səfərbər edərək dünya bazarlarına çıxarmağı qarşısına məqsəd qoyub. Bu da təklifin artmasına və qiymətlərin aşağı düşməsinə zəmin yaradır”

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. 

O bildirib ki, OPEC çərçivəsində hasilatın artması müşahidə olunur ki, bu da qiymətlərin ucuzlaşmasına əlavə təzyiq yaradır: "Eyni zamanda, Rusiya və İran kimi böyük istehsalçıların bazara çıxış imkanlarının məhdudlaşdırılması onları daha ucuz neft satmağa vadar edir və bu da qiymətlərin aşağı istiqamətdə reviziyasına səbəb olur".

R.Həsənov hesab edir ki, geosiyasi risklər – Rusiya-Ukrayna müharibəsi ətrafında qısamüddətli sülh ehtimallarının zəifləməsi, İran-ABŞ münasibətlərinin gərgin qalması və Yaxın Şərqdəki hadisələr də bazarda qeyri-müəyyənlik yaradaraq, qiymətlərin sabitləşməsinə mane olur: "Neftin qiymətinin azalması Azərbaycan üçün arzuolunmaz nəticələr doğura bilər, təkcə dövlət büdcəsinə deyil, həm də ölkənin ümumi iqtisadi tarazlığına təsir edə bilər.  İlin ilk aylarına nəzər salsaq görərik ki, Azərbaycan qeyri-neft sektorundan və digər istiqamətlərdən yaranmış kəsiri kompensasiya edə biləcək müsbət ticarət balansını itirmək üzrədir. Belə bir konyunktur manatın məzənnəsi üçün də riskli mühit formalaşdırır".

Nigar Əkbərova,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sitat.info
archiveBu xəbər 11 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri