Icma.az
close
up
RU
NƏHAYƏT: Xəstələrin ömrünü uzatmağın yolunu tapıldı

NƏHAYƏT: Xəstələrin ömrünü uzatmağın yolunu tapıldı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Alimlər qlioblastoma olan xəstələrin ömrünü uzatmağın yolunu tapıblar. Onlar bildirirlər ki, üç fərqli yanaşmanın - elektroterapiya, immunoterapiya və kemoterapiyanın kombinasiyası qlioblastoma olan xəstələrin sağ qalmasında əhəmiyyətli dərəcədə təsrirli olur. 

“Cebheinfo.az” xəbər verir ki, bu, Cənubi Kaliforniya Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir.

Metod TTFields texnologiyasının, yəni şiş sahə terapiyasının istifadəsinə əsaslanır. “Planet Today” yazır ki, baş dərisinə yerləşdirilən bu cihaz şiş hüceyrələrinin böyüməsinə mane olan zəif alternativ elektrik sahələri yaradır. Xəstələr gündə təxminən 18 saat elektrodlar taxırlar və sahələr birbaşa şiş sahəsinə yönəldilir ki, bu da üsulu mümkün qədər hədəfə çevirir.

TTFields kimyaterapiya (temozolomid) və immunoterapiya (pembrolizumab) ilə birləşdirildikdə, güclü immun cavab aktivləşir. Tədqiqat göstərib ki, bu üçlü terapiya sağalmanı təxminən 70% artırır. Xüsusilə nəzərə çarpan təsir cərrahi yolla çıxarıla bilməyən böyük şişləri olan xəstələrdə müşahidə edilib.

TTFields-in təsir mexanizmi şiş üzərində fiziki fəaliyyətlə məhdudlaşmır. Elektrik sahələri T hüceyrələrinin, yəni  immun cavabın əsas iştirakçılarının  şiş sahəsinə cəlb edilməsini gücləndirir. Sonra immunoterapiyanın tətbiqi bu hüceyrələrin fəaliyyətinin uzadılmasına kömək edir, həmçinin xərçənglə mübarizə aparan yeni, daha effektiv hüceyrələri aktivləşdirir.

Glioblastoma müalicəyə qarşı müqaviməti ilə tanınır, bunun əsas səbəbi şişin beyində yerləşməsi və qan-beyin baryeri ilə qorunmasıdır. Bu, bir çox dərman və immun hüceyrələrin nüfuz etməsinə mane olur. Bununla belə, TTFields birbaşa şişin içərisində hərəkət edərək bu məhdudiyyəti keçməyə kömək edir.

2-THE-TOP klinik sınağının ikinci mərhələsində yeni diaqnoz qoyulmuş glioblastoma olan 31 xəstə iştirak etmişdir. Onlardan 26-sı hər üç növ müalicə alıb. Tədqiqata daxil edilən xəstələr əsas faza başlamazdan əvvəl standart kemoradiyasiya terapiyasını tamamladılar və 24 ay ərzində TTFields, kemoterapi və immunoterapiya almağa davam ediblər.

Nəticələr göstərib ki, kombinasiya terapiyası alanlar əvvəlki proqramlarda yalnız kimyaterapiya və TTFields ilə müalicə olunan xəstələrdən orta hesabla 10 ay daha çox yaşayıblar. Şişləri qeyri-operativ hesab edilənlər daha aydın müsbət dinamika göstəriblər, bu halda sağ qalma artımı təxminən 13 ay olub.

Tədqiqatın üçüncü mərhələsi hazırda ABŞ, Avropa və İsraildə 28 klinik mərkəzdə aparılır. Onda 740-dan çox xəstənin iştirakı planlaşdırılır. Alimlər cərrahiyyə əməliyyatının və ya onun olmamasının TTFields ilə birlikdə immunoterapiyanın effektivliyinə necə təsir etdiyini müəyyən etmək istəyirlər.

Xəzər
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri