Nəhəng mahnı müsabiqəsindən YENİLİK: ilk dəfə bu il…
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.
Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə müsabiqənin rəsmi yayımçısı olan Avropa Yayım Birliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı ildə əsas “Avroviziya” ilə yanaşı, müsabiqənin Asiya versiyası da keçiriləcək. Bu müsabiqənin ilk ev sahibi Tailandın paytaxtı Banqkok olacaq və final noyabrın 14-də keçiriləcək.
Təşkilatçılar bildiriblər ki, bu, “Avroviziya”nın 70 illik yubileyi ilə əlaqədardır. “Avroviziya Asiya-2026” müsabiqəsində Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tailand və Vyetnam iştirak edəcək. Siyahının genişlənəcəyi gözlənilir.
Qeyd edək ki, 70-ci “Avroviziya-2026” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarımfinallar mayın 12 və 14-də, final isə mayın 16-da ölkənin ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 31 Mart 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















