Icma.az
close
up
RU
Nəhənglər bir topla kifayətləndi

Nəhənglər bir topla kifayətləndi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

La Liqada hesabat turu nəgənglərin – “Real”la “Barselona”nın minimal hesablı qələbəsi ilə əlamətdar oldu. “Atletik” də əzmkar qələbə qazanmaqla ÇL-ə vəziyəqə iddiasını davam etdirdi.

Ümumiyyətlə, İspaniyada az qala qitə kuboklarına qatılacaq bütün komandalar bəllidi. 5-6-cı yerlərdə qərarlaşan “Vilyarreal”la “Betis”in də mövqeyini əldən verəcəyi inandırıcı görünmür.
“Leqanes”in qonağı olan “Barselona” ilk dövrədəki sürpriz məğlubiyyətin əvəzini çıxdı. Düzdü, qələbə kataloniyalılara asan başa gəlmədi. Flikin komandası öyrəşdiyimiz parlaq hücum futbolu göstərə bilmədi. Düzdü, topa qonaqlar nəzarət edirdi, ancaq təhlükəli vəziyyətlər yox idi.
İlk yarıda meydan sahibləri hesabı açmağa daha yaxın oldu, ancaq Şensnı Altimirin yaxın məsafədən zərbəsinin qarşısını aldı. Çempionatın lideri ilk yarıda “çərçivə”yə bir zərbə də vurmadı. Amma 2-ci hissənin əvvəlində “Barsa” hesabı açdı. Bir qədər də bəxtin köməyi ilə. Kataloniyalıların əks-hücumu Rafinyanın Levandovskiyə asmasının qarşısını almaq istəyən Saensin topu öz qapısına göndərməsi ilə nəticələndi.
Əlbəttə, Flikin komandası imkan daxilində daha tez 2-ci qolu vurub əsəbi sonluqdan qurtulmaq istəyirdi. Ancaq bu mümkün olmadı. Özü də sonda qonaqların yorğunluğu əməlli-başlı hiss olunurdu. “Leqanes” isə cəsarətli oynayır, rəqibin müdafiə xəttini gərginlikdə saxlayırdı. Meydan sahibləri hətta Şensnının qapısına yol tapmağı bacardılar. Sadəcə, hakimlər briqadasını haqlı olaraq ofsayd qərarı verdi. Çətinliklə qələbə hesabını qoruyan “Barsa” hələ də “Real”dan 4 xal irəlidədi.
“Kral klubu” da bir qolla kifayətləndi. “Arsenal”la cavab oyununu düşünən Ançelotti Vinisius və Bellingem kimi ulduzlarını ehtiyatda saxlamışdı. Düzdü, 2-ci hissədə onlar da meydanda göründü. Oyuna fəal başlayan “Alaves” dərhal ciddi pressinqə əl atdı. Ancaq ilk təhlükəli vəziyyəti “Real” yaratdı – Arda təkbətəkdən yararlana bilmədi. 19-cu dəqiqədə qonaqlar künc zərbəsindən sonra hesabı açsa da, Asensionun qolundan bir an əvvəl Rüdiger az qala qapıçını tapdaladığını görə hakim qolu saymadı.
Tezliklə “Real” qaydalar çərçivəsində də qol vurdu – Kamavinqa cərimə meydançasının qövsü üzərindən topu qapının aşağı küncünə göndərdi. “Alaves” qoldan dərhal sonra hesabı bərabərləşdirə bilərdi. Ancaq Visentenin zərbəsindən sonra top dirəyin bir neçə santimetrliyindən keçdi. 38-ci dəqiqədə Blankonun dizinə zərbə endirən Mbappe meydandan qovulmaqla qonaqların işini bir qədər də çətinləşdirdi. Azlıqda qalan “Real”ın müdafiə xətti daha etibarlı oynamağa başladı. “Alaves” təzyiq göstərir, ancaq bütün zərbələr Kurtuanın üzərinə gedirdi.
70-ci dəqiqədə Vinisiusa qarşı kobudluğa görə Sançes meydandan qovuldu və komandalar bərabər heyətlərlə mübarizə aparmağa başladı. Belədə qonaqlar meydan sahibləri ilə müqayisədə qola daha yaxın oldu. Bellingemin zərbəsinin qarşısını qapıçı aldı. Vacib qələbə qazanan “Real” “Barsa”nın xal fərqini artırmasına imkan vermədi.
“Rayo Valyekano”nu qəbul edən “Atletik” ilk yarıda hesabda geri düşsə də, fasilədən sonra üç qol vurmağı bacardı. Basklar bununla da 3-cü pillədəku yerini qorudu. Turun mərkəzi oyununda “Betis” “Vilyarreal”ı qəbul etdi. 7 oyunluq məğlubiyyəsiz seriyaya malik olan “xiyarlar” “sarı sualtı qayığ”ın “altında əzildi”. “Vilyarreal” turnir cədvəlində “Betis”lə yerini dəyişdi.
Turun ilk oyununda səfərdə “Valensiya”ya uduzan “Sevilya”nın məğlubiyyət seriyası 4-ə çatdı. Klub rəhbərliyi oyundan dərhal sonra baş məşqçi Xavyer Qarsiya Pimyentanı istefaya göndərdi. Onun yerini sonuncu dəfə Ermənistan yığmasını çalışdıran Xoakin Kaparros tutdu. 69 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeri gəlmişkən, Kaparros karyerasında 3-cü dəfə bu komandanı çalışdıracaq.
“Real Sosyedad” evdə “Malyorka”ya, “Selta” “Espanyol”a 0:2 hesabıyla uduzdu. “Xetafe” da “doğma divarlar” arasında “Las Palmas”la bacarmadı. “Jirona”nı məğlub edən “Osasuna” isə təhlükəli zonadan bir qədər uzaqlaşdı. Dünən axşam keçirilən son oyunda “Atletiko” “Valyadolid”ə qalib gəldi.
31-ci tur
Leqanes – Barselona 0:1

Saens, 48-öz qapısına. (12530)
Barselona: Şensnı, Balde (Martin, 41), Martines, Arauxo (De Yonq, 46), Kunde, Pedri, E.Qarsiya (Kubarsi, 80), Rafinya, Lopes (Qavi, 67), Yamal, Levandovski (Torres, 67).
Alaves – Real 0:1
Kamavinqa, 34. (19438)
Real: Kurtua, F.Qarsiya (Dias, 77), Rüdiger, Asensio, Vaskes, Kamavinqa, Çuameni, Valverde (Sebalyos, 90+2), Rodriqo (Vinisius, 62), Gülər (Bellingem, 63), Mbappe.
Atletik – Rayo Valyekano 3:1
Sanset, 58-p.; 90+4. N.Uilyams, 80 – Siss, 37. (47584)
Betis – Vilyarreal 1:2
Ruibal, 3 – Barri, 26. Peres, 48. (54778)
Valensiya – Sevilya 1:0
Gerra, 44. (45618)
Real Sosyedad – Malyorka 0:2
Larin, 20. Darder, 47. (29181)
Selta – Espanyol 0:2
Fernandes, 28; 63. (19801)
Xetafe – Las Palmas 1:3
Alderete, 19 – F.Silva, 53; 74. Makberni, 62. (8370)
Osasuna – Jirona 2:1
Budimir, 38. İbanyes, 79 – Asprilya, 90+6. (20260)
Atletiko – Valyadolid 4:2
Alvares, 25-p.; 71-p. Simeone, 27. Sörlot, 79 – Silla, 21-p. X.Sançes, 56. (55936)
1. Barselona 31 22 4 5 84-29 70
2. Real 31 20 6 5 64-31 66
3. Atletiko 31 18 9 4 53-26 63
4. Atletik 31 15 12 4 49-25 57
5. Vilyarreal 30 14 9 7 53-40 51
6. Betis 31 13 9 9 42-39 48
7. Selta 31 12 7 12 44-45 43
8. Malyorka 31 12 7 12 31-37 43
9. Real Sosyedad 31 12 5 14 30-34 41
10. Rayo Valyekano 31 10 10 11 34-38 40
11. Xetafe 31 10 9 12 31-28 39
12. Osasuna 31 8 14 9 36-44 38
13. Valensiya 31 9 10 12 35-47 37
14. Sevilya 31 9 9 13 34-42 36
15. Espanyol 30 9 8 13 33-40 35
16. Jirona 31 9 7 15 38-48 34
17. Alaves 31 7 9 15 33-45 30
18. Las Palmas 31 7 8 16 37-52 29
19. Leqanes 31 6 10 15 29-48 28
20. Valyadolid 31 4 4 23 21-73 16
Bombardirlər: Levandovski (Barselona) – 25, Mbappe (Real) – 22, Budimir (Osasuna) - 16, Sanset (Atletik) - 15.
Turun rəqəmi
4 – Mbappe karyerasında 4-cü, “Real”da isə ilk dəfə qırmızı vərəqə ilə cəzalandı. Onun indiyə qədər 503 oyun keçirdiyini də xatırladaq. Əvvəlki üç “qırmızı” PSJ dönəmində qeydə alınıb – 2018-in yanvarında, sentyabrında və 2019-un aprelində.
Turun ulduzu
Oyan Sanset (Atletik) – qələbənin əsas memarı oldu. Əvvəlcə hesabı bərabərləşdirdi, sonda vurduğu qol “Rayo Valyekano” üçün “nəzarət atəşi” rolunu oynadı. Yeri gəlmişkən, 24 yaşlı yarımmüdafiəçi fasilədən sonra oyuna qoşulmuşdu.
Turun sitatı
Davide Ançelotti, “Real”ın məşqçisi:

“Mbappe qəddar futbolçu deyil. Sözsüz, o, üzr istədi, səhvini dərk etdi. Kilianın üzləşdiyi çoxlu kiçik fol vəziyyəti bu yerə gətirib çıxardı. Nəticə çox xoşuma gəldi. Əvvəlcə bir qədər əsəbləşdim, sonra hər şey yaxşı oldu. Qələbə bizə inam bəxş etdi, xüsusən də çərşənbə axşamı olanlardan sonra. “Arsenal”la oyunun taleyini dəyişməyə çalışacağıq”.


Faktlar
* “Barselona” 2025-də heç kimə uduzmayıb. Kataloniya nəhəngi bu təqvim ilində bütün turnirlərdə artıq 24 oyun keçirib – 20 qələbə, 4 heç-heçə.
* “Barselona” son 7 mövsümdə ən uzun məğlubiyyətsiz oyunlar seriyası yaxalayıb. Sonuncu dəfə 2017/18 mövsümündə Ernesto Valverdenin çalışdırdığı komanda bundan daha yaxşı seriya müəyyənləşdirmişdi – 29 oyun (23 qələbə, 6 heç-heçə).
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Çox ağır və vacib oyun idi. Komandamın son həftələrdə və aylarda göstərdiyi oyunla qürur duyuram. Əlbəttə, bu 3 xal bizim üçün çox vacibdi. Hər şey ideal oldu. Əsas mentallıq və sona qədər mübarizə aparmaqdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see361

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see323

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see304

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see296

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see288

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see283

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see279

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see277

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see244

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see238

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see229

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see224

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see224

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see223

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see220

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see218

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see212

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see211

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see210

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri