Icma.az
close
up
RU
Nəhənglər əziyyət çəkdi, “Valyadolid” elitadan getdi

Nəhənglər əziyyət çəkdi, “Valyadolid” elitadan getdi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həftəiçi La Liqada 33-cü turun oyunları keçirildi

"Football-plus.az" xəbər verir ki, 5 pillədə qərarlaşan komandalardan “Barselona”, “Real” və “Atletik” minimal fərqlə qalib gəldi, “Atletiko” darmadağın etdi, “Vilyarreal” isə darmadağın oldu. Nəticədə “sarı sualtı qayıq” yerini “Betis”ə verdi. Elitadan gedəcək ilk komanda “Valyadolid”di. Amma “Jirona”, “Alaves”, “Las Palmas” və “Leqanes” üçün də təhlükə sovuşmayıb.
Ölkə kubokunun finalına bir neçə gün qalmış “Malyorka“nı məğlub edən “Barsa” əhval-ruhiyyəsini yaxşılaşdırdı. 1-ci dövrədə Balear adasından olan komandanı səfərdə darmadağın edən (5:1) kataloniyalılar bu dəfə bir qolla kifayətləndi. Meydan sahibləri imkanları sağa-sola xərclədi. Təkcə elə Yamal qapıya 7 zərbə vurdu. Flik müəyyən rotasiyalara əl atsa da, bu məqam oyunun keyfiyyətinə təsir etmədi. Bütün komponentlərdə rəqibi üstələyən “Barsa” çoxlu standart vəziyyəti də boşa verdi. Yalnız oyunun əvvəlində varlığını hiss etdirən “Malyorka” isə sonradan yalnız müdafiənin qayğısına qaldı. Qonaqların qapıçısı Roman da dəfələrlə ustalığını göstərməli oldu. Amma 2-ci hissə başlayan kimi hesab açıldı.
Qonaqlar qoldan sonra bir qədər fəallaşdı. 55-ci dəqiqədə Railyo yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. Ümumiyyətlə, balearlıların bir zərbəsi də “çərçivə”yə getmədi. “Barsa” isə vaxtında növbəti qolları vursaydı, əsəbi sonluqdan xilas olacaqdı. Sona yaxın Yamal təkbətəki boşa verdi, Fermin Lopesin zərbəsindən sonra müdafiəçidən səkən top “9-luğ”a daxil olarkən Roman komandasını xilas etdi. Hər halda, qələbə qələbədi – istər 1 qol vur, istərsə 5 qol!
“Real” çempionluq intriqasını sona qədər qorumaq niyyətindədi. Madrid nəhəngi də “Xetafe”ni bir qolla məğlub etdi. 21-ci dəqiqədə rəqib künc zərbəsini uğursuz yerinə yetirdi, belədə topa yiyələnən “ağ şimşəklər” hücuma atıldı. Nəticədə aldadıcı hərəkətlə rəqib oyunçulardan birini işsiz qoyan Arda Gülər sol küncə qarşısıalınmaz zərbə vurdu. Meydan sahibləri bir neçə dəfə təhlükəli hücum qurdu, Arambarri çox gözəl imkanı əldən verdi və 1:0 hesabı sona qədər qorundu. Sançes Martinesin qəribə idarəçiliyini də qeyd etmək lazımdı. Çoxlu toqquşma və qayda pozuntusu izləsək də, referi futbolçuları cəzalandırmağa tələsmirdi.
Maraqlıdı ki, o daha sərt qayda pozuntularına göz yumur, ehtiyac olmayan hallarda vərəqə paylayırdı. Qonaqlar oyunu azlıqda bitirdi. Ona görə ki, Kamavinqa hava mübarizəsində zədələndə Ançelotti əvəzetmə limitini doldurmuşdu. Bordalasın komandasının sərəncamında hesabı bərabərləşdirmək üçün 6 dəqiqə var idi. Ancaq “Xetafe”nin təzyiqi nəticə vermədi. “Real” buna görə həm də Kurtuaya minnətdar olmalıdı. Belçikalı qolkiper Federiko ilə Rodrigesin zərbələrinə inanılmaz reaksiya göstərdi. “Real”la “Barsa”nı hələ də bir-birindən 4 xal ayırır.
“Selta” və “Atletiko” eyni hesabla (3:0) qələbə qazandı. “Selta”nın ötən tur “Barsa”nın qapısından keçirdiyi üç qol məğlubiyyətə mane olmamışdı, amma bu dəfə “Vilyarreal”ı çökürdü. 37-ci dəqiqədə meydandan qovulan Beyi “sarılar”ı pis vəziyyətə saldı. Oyunun qəhramanı isə İqlesias oldu, düzdü, “Barsa” ilə oyundan fərqli het-trik edə bilmədi, bu dəfə qol və məhsuldar ötürmə ilə yadda qaldı.
“Atletiko”nun qələbəsi o vaxt önəmli olardı ki, “Barsa” ilə “Real” da itirsin. Onlar isə xal itirmir. “Hindular” “Rayo Valyekano” ilə oyunda heç bir çətinlik çəkmədi. Oyunun taleyi ilk yarının sonunda – Qallaher 2-ci topu rəqib qapısından keçirəndə həll olundu.
Basklar ölkəsində keçirilən iki oyunda azarkeşlər yalnız iki qol gördü. Ötən tur “Real”a minimal fərqlə uduzan “Atletik” “Las Palmas”la oyunda eyni xarakterli qələbə qazandı. “Las Palmas”ın məğlubiyyəti “Alaves”in təhlükəli zonadan bir addım uzaqlaşmasına imkan verdi. Bu komanda evdə “Real Sosyedad”ı məğlub etdi. Avrokuboklara vəsiqədən əlini üzməkdə olan San-Sebastyan klubunun rəhbərliyi oyundan sonra İmanol Alquasilin mövsüm bitincə baş məşqçi postundan ayrılacağını açıqladı.
Turun qalan oyunlarına gəlincə, “Osasuna” da “Sevilya”ya bir qolla qalib gəldi. “Espanyol”un 3 oyunluq qələbə seriyası “Valensiya” ilə səfər oyununda qırıldı. Düzdü, barselonalılar “yarasalar”a uduzmadı, heç-heçə etdi. Ötən mövsüm uzun müddət çempionluq uğrunda mübarizə aparan “Jirona”nın indi əsas hədəfi elitada yerini qorumaqdı. “Leqanes”lə səfər heç-heçəsini bu mənada kataloniyalılar üçün kiçik uğur saymaq olar.
Turun ən məhsuldar oyunu Sevilyada gerçəkləşdi. “Betis” “Valyadolid”i qəbul etdi. Braziliyalı Ronaldoya məxsus qonaq komandanın geri çəkilməyə yeri yox idi. Məğlubiyyətin “Valyadolid”ə elitadan getmək bahasına başa gələcəyi bilinirdi. Digər tərəfdən, “xiyarlar” da qələbə təqdirində “Vilyarreal”ı arxada qoymaqla “ÇL zonası”na yüksələcəyini anlayırdı. Möcüzə baş vermədi. İlk yarı heç-heçə bitsə də, 2-ci hissədə üç dəqiqə ərzində hər şey dəyişdi.
Ernandeslə İskonun qollarından sonra qonaqlar müqaviməti dayandırdı. “Betis” sonda daha iki qol vurmaqla hesab arasındakı fərqi darmadağın həddinə çatdırdı. “Valyadolid” elitaya gəldiyi il bura ilə vidalaşdı!
33-cü tur
Barselona – Malyorka 1:0

Olmo, 46. (45602)
Barselona: Şensnı, E.Qarsiya, Arauxo, Martines, Fort (Martin, 77), Qavi, Pedri, Yamal (De Yonq, 87), Olmo (Lopes, 62), Fati (Rafinya, 62), Torres (Viktor, 77).
Xetafe – Real 0:1
Gülər, 21. (15184)
Real: Kurtua, F.Qarsiya, Alaba (Kamavinqa, 46), Asensio, Vaskes, Çuameni, Valverde, Dias, Gülər (Sebalyos, 77), Endrik (Bellingem, 64), Vinisius (Rodriqo, 73).
Atletiko – Rayo Valyekano 3:0
Sörlot, 3. Qallaher, 45. Alvares, 77. (49410)
Atletiko: Oblak, Lyorente, Le Norman, Lanqle, Qalan (Lino, 81), Simeone (Molina, 67), De Paul (Koke, 81), Barrios, Qallaher (Aspilikueta, 81), Alvares, Sörlot (Qrizmann, 61).
Valensiya – Espanyol 1:1
Gerra, 57 – Puado, 40. (42448)
Atletik – Las Palmas 1:0
İ.Uilyams, 5. (47724)
Selta – Vilyarreal 3:0
Lopes, 45. İqlesias, 53. Aspas, 87-p. (19324)
Alaves – Real Sosyedad 1:0
Tenalya, 65. (17049)
Osasuna – Sevilya 1:0
R.Qarsiya, 25. (20555)
Leqanes – Jirona 1:1
Munir, 90+2 – Stuani, 54. (11595)
Betis – Valyadolid 5:1
Rodriges, 17. Ernandes, 64. İsko, 66. Perro, 84. Ezzalzuli, 90 – Çuki, 41. (46458)
1. Barselona 33 24 4 5 89-32 76
2. Real 33 22 6 5 66-31 72
3. Atletiko 33 19 9 5 56-27 66
4. Atletik 33 16 12 5 50-26 60
5. Betis 33 15 9 9 50-41 54
6. Vilyarreal 32 14 10 8 55-45 52
7. Selta 33 13 7 13 50-49 46
8. Osasuna 33 10 14 9 40-46 44
9. Malyorka 33 12 8 13 31-38 44
10. Real Sosyedad 33 12 6 15 32-37 42
11. Rayo Valyekano 33 10 11 12 35-42 41
12. Xetafe 33 10 9 14 31-30 39
13. Espanyol 32 10 9 13 35-41 39
14. Valensiya 33 9 12 12 37-49 39
15. Sevilya 33 9 10 14 35-44 37
16. Jirona 33 9 8 16 40-52 35
17. Alaves 33 8 10 15 35-46 34
18. Las Palmas 33 8 8 17 38-53 32
19. Leqanes 33 6 12 15 30-49 30
20. Valyadolid 33 4 4 25 24-81 16
Bombardirlər: Levandovski (Barselona) – 25, Mbappe (Real) – 22, Budimir (Osasuna) - 18, Sanset (Atletik), Rafinya (Barselona), Alvares (Atletiko) - 15.
Növbəti turun oyunları mayın 2-5-i aralığında keçiriləcək: Rayo Valyekano – Xetafe, Alaves – Atletiko, Vilyarreal – Osasuna, Las Palmas – Valensiya, Valyadolid – Barselona, Real – Selta, Sevilya – Leqanes, Espanyol – Betis, Real Sosyedad – Atletik, Jirona – Malyorka.
Turun rəqəmi
40 – “Barselona” “Malyorka”nın qapısına ilk yarıda 24, ümumilikdə isə bu qədər zərbə vurdu. Son üç mövsümdə “böyük beşlik” ölkələrində bir oyunda 40 zərbə vuran başqa komanda olmayıb.
Turun ulduzu
Roman Perro (Betis) – sol cinah müdafiəçisini seçməyimizin səbəbi var. O, qol vurmaqla yanaşı, məhsuldar ötürmə də verdi. Turun o qədər də məhsuldar keçmədiyini nəzərə alsaq, bir müdafiəçi üçün yetərincə yaxşı göstəricidi.
Turun sitatı
Voytsex Şensnı, “Barselona”nın qapıçısı:

“İndiki məqam üçün hədəfimiz aydındı: mövsümün həlledici mərhələsindəyik və bütün turnirlərdə qələbəyə iddialıyıq. Heç bir oyunda uduzmağı planlaşdırmıram. Bütün titulları qazanmaq istəyirik. Mövsümün ən cəlbedici çağı yetişib, mən artıq bunu hiss etməyə başlamışam”.


Faktlar
* “Barsa”nın yarımmüdafiəçisi Pedri 2024/25 mövsümündə bir oyunda topalma sayına görə rekord müəyyənləşdirdi. O, balearlılarla oyunda 18 dəfə topu komandasına qaytardı. Bu göstəricidə əvvəlki rekord (17) da Pedriyə məxsus idi və “Selta” ilə ötən turun oyununda qeydə alınmışdı.
* Arda “Real”da qolsuz oyunlar seriyasını başa çatdırd. Start heyətində meydana çıxan türkiyəli yarımmüdafiəçi cərimə meydançası xaricindən zərbə ilə fərqləndi. Arda La Liqada son qolunu dekabrın 7-də, “Real”ın heyətində son qolu isə yanvarın 6-da keçirilən kubok oyununda vurmuşdu. Ümumiyyətlə, o, 49 oyunda 10 dəfə fərqlənib.
* “Barsa” təkcə turnir cədvəlində yox, La Liqada qapı çatına zərbə sayında da liderdi. “Malyorka” ilə oyunun 29-cu dəqiqəsində Qavinin zərbəsi dirəkdən döndü. “Barsa”nın oyunçuları cari mövsümdə 25 dəfə belə bəxsizliyə üzülüb. Bu göstəricidə 2-ci yerdə “Atletiko” (16) qərarlaşıb, 3-cü yeri isə “Real”la “Vilyarreal” (hərəyə 14) bölüşür.
* Qrizmann son iki ayda ilk dəfə məhsuldar hərəkətlə yadda qaldı. Alvaresin fərqlənməsinə şərait yaradan 34 yaşlı fransalı sonuncu dəfə fevralın 25-də - “Barselona” ilə oyunda (4:4) qol vurmuşdu. Həmin vaxtdan bəri keçirdiyi 10 oyunda nə qolu var idi, nə də məhsuldar ötürməsi.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Düşünürəm ki, yaxşı oyun keçirdik, qol vurmaq üçün çoxlu imkanımız oldu. “Malyorka”nın qapıçısı özünü çox yaxşı göstərdi. Ümumiyyətlə, rəqib yaxşı müdafiə olundu. Mənə elə gəlir ki, əvvəlki oyunlarla müqayisədə bu gün daha az səhv buraxdıq”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Məyus deyiləm, ona görə ki, hədəfimiz 3 xal qazanmaq idi. İlk yarıda daha yaxşı oynadıq, ikincidə əziyyət çəkdik. İrəli çəkilən hücumçu mövqeyində oynayan Arda bu vəzifənin öhdəsindən yaxşı gəldi. Onun gələcəyini hücumçu yox, yarımmüdafiəçi kimi görürəm. Oyunun təşkili baxımından fenomenal keyfiyyətlər göstərir. Bu doğrudu ki, müdafiədə daha etibarlı, hücumda daha effektli olmağa çalışırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 01:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri