Nehrəm qəsəbəsinin su təminatı üçün 28,7 milyon ayrıldı Detallar
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq.
Hurriyyet.Az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Su Meliorasiya Xidmətində müvafiq işlərə yekun vurulub.
Məlumata əsasən, sözügedən qəsəbənin torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi işləri həyata keçiriləcək.
Su Meliorasiya Xidməti qeyd olunan işlərin icrasını “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 28,7 milyon manat ödənilib.
Qeyd edək ki, qəsəbədə müvafiq işlərin icrasını yerinə yetirəcək “Hovers Group” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 720 manat olan MMC-nin qanuni təmsilçisi isə Zeynalov İlqar Adgözəl oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 29 Yanvar 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















