Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir”

“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir”

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elşad Musayev: “Ermənistan sülhə hazırdırsa, o zaman buyursun, Azərbaycanın şərtlərini yerinə yetirsin”

Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib. APA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesinin iki komponenti var: “Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.

“Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil”, - deyən nazir vurğulayıb ki, 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarımlıq müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi. Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur”.

“Azərbaycan ərazisində isə nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”, - C.bayramov qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib. O bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev deyib ki, nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir:

- Ötən il bu vaxt da belə mənzərə yaranmışdı, proqnozlar verilirdi ki, 2024-cü ildə sülh sazişi imzalanacaq. Həmin vaxt da Ermənistan rəhbərliyi sülh sazişi imzalamağa hazır olduğunu israrla bəyan edirdi. Amma mən demişdim ki, xeyr, 2024-cü ildə sülh sazişi imzalanmayacaq. Bilirsiniz, məsələ burasındadır ki, Ermənistan rəhbərliyinin qarşısında duran əsas vəzifə, əsas məqsəd sülh sazişinin tezliklə imzalanması deyil, zaman qazanmaqdır. Ötən il Ermənistanın Baş naziri Nikol Paşinyan, digər erməni rəsmiləri bəyan edirdilər ki, sülh sazişi imzalana bilər, guya 15 günə layihəni imzalamaq olar və s. Həmin müddətdən bir il keçib, yenə də həmin bəyanatları eşidirik. Rəsmi İrəvandan verilən bəyanatlar mənasızdır, vaxt qazanmağa hesablanıb. Dünyaya bəyan etmək istəyirlər ki, guya Ermənistan sülhü istəyir, sülhdən boyun qaçıran Azərbaycandır. Bu müddətdə də Ermənistan silahlanmaqla məşğuldur, 44 günlük müharibədə darmadağın olan ordusunu dirçəltmək niyyətindədir. Eyni zamanda, xarici havadarlar, tərəfdaşlar, dəstək qazanmaq siyasətini aparırlar. Ermənistan sülhə hazırdırsa, o zaman buyursun, Azərbaycanın şərtlərini yerinə yetirsin. Açıq şəkildə Azərbaycanla birlikdə ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etsin, Azərbaycana qarşı özündə ərazi iddialarını saxlayan Ermənistan Konstitusiyasını dəyişsinlər, ərazi iddiaları barədə bəndi ləğv etsinlər. Bunu etmədən “sülh sazişini imzalamağa hazırıq” bəyanatları Ermənistanın səmimi olmadığını göstərir.

- Amma dekabrdan sülh sazişi ilə bağlı danışıqların intensivləşəcəyi haqqında məlumatlar var...

- Sülhlə bağlı danışıqların, görüşlərin, müzakirələrin çox şahidi olmuşuq. 2020-ci ilədək, İkinci Qarabağ müharibəsinədək liderlər arasında da, nazirlər arasında da mütəmadi görüşlər, danışıqlar aparıldı. Hansısa nəticə oldumu? Heç bir nəticə olmadı, torpaqlarımız işğalda saxlanıldı. Bir neçə prinsiplər ortaya atıldı, sənədlər hazırlandı. Amma Ermənistan bir qarış da torpaq qaytarmadı. Nəticədə, Azərbaycan Ali Baş Komandanı doğru qərar verdi, Azərbaycan Ordusunun rəşadəti, qəhrəmanlığı nəticəsində ərazilərimiz işğaldan azad edildi. Bundan sonra da danışıqlar başladı, Üçtərəfli Birgə Bəyanat imzalandı, amma onun bəndlərini Ermənistan yerinə yetirmədi, vaxt qazanmağa çalışdı. Azərbaycan məcbur oldu Qarabağda antiterror əməliyyatı keçirərək suverenliyini bütün ərazilərində bərpa etdi. İndi isə Zəngəzur dəhlizinin açılması, Qazaxın 4, Naxçıvanın Kərki kəndinin qaytarılması məsələsi qalıb. Demək istədiyim odur ki, danışıqlar aparılsa da, Ermənistan yayınma siyasəti, vaxt qazanma siyasəti aparır.

- Demək istəyirsiniz ki, Ermənistanı sülh masasına əyləşdirmək üçün Azərbaycan təzyiqləri artırmalıdır?

- Bilirsiniz, bir misal var: “İlan ulduz görməsə, ölməz”. Ermənistan tərəfindən mülayim bəyanatlar nə vaxt verilir? İrəvandakılar Azərbaycanın güc yoluna əl atacağına inananda. Qazaxın kəndlərini də qaytarmırdılar, anladılar ki, Azərbaycanın kəndləri hərbi yolla qaytarmaqdan başqa yolu qalmayıb, o zaman dərhal qərar verdilər. Mən demirəm ki, diplomatik danışıqlar aparılmamalıdır. Bu da olmalıdır. Amma hesab edirəm ki, Ermənistana şərtlərimizi qəbul etməsi üçün konkret vaxt qoyulmalıdır.

- Paşinyan kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini söylədi...

- Mən Ermənistan rəhbərliyinin bu barədə bəyanatlarını də qeyri-səmimi sayıram. Ceyhun Bayramov qərarla bağlı məsələni izah etdi və bildirdi ki, kommunikasiyaların açılması qərarı hələ 4 il bundan əvvəl verilib. Faktiki olaraq, Üçtərəfli Birgə Bəyanatda Zəngəzur dəhlizinin reallaşması ilə bağlı bənd var. Ermənistan bu müddətdə Zəngəzur dəhlizinin açılması barədə öhdəliyini yerinə yetiribmi? Əlbəttə, yox. Müxtəlif bəhanələr gətirir, dəhlizin Ermənistan suverenliyini pozduğunu, ona nəzarətin ermənilər tərəfindən həyata keçirilməli olduğunu bildirir və s. Necə deyərlər, söz oyununa və vaxt qazanmaq siyasətinə davam edir. Düşünürəm ki, təzyiq siyasətindən istifadə etməliyik. Məqsədlərimizə tam şəkildə bu formada nail olmalıyıq. Təcrübə bunu deyir ki, Ermənistan normal təkliflərə normal cavab verməyə hazır olmayan dövlətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri