Nejat İşlerə kəllə vuran jurnalistdən AÇIQLAMA
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Məşhur aktyor Nejat İşlerə kəllə vuran jurnalist bu barədə açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, Tarık Eker aktyorun ona nalayiq sözlər söyləyərk təhqir etdiyini, onun isə Nejat İşlerə heç bir söyüş söymədiyini bildirib:
"Aktyor Nejat İşlerlə aramızda baş verən və cəmiyyətdə səs-küyə səbəb olan insidentlə bağlı bu açıqlamanı verməliyəm. Hər bir jurnalist və həmkarlarım kimi mənim də borcumu yerinə yetirməkdən başqa bir stəyim yoxdur. Hadisə baş verən gecə nəzakətlə Nejat İşlərə yaxınlaşıb müsahibə istədim. Nejat İşler mənə "Sən Osman Gökçekin itisən? Mən o adamın kanalına müsahibə vermirəm, get rədd olu burdan" cavabını verdi" - deyə Tarık Eker qeyd edib.
Daha sonra jurnalist bildirib ki, aktyor onun müdirinə və qızına söyüş söyüb.
Belə olan halda Tarık Nejat İşlerə kəllə vurub:
"Ən əsası, mən bir qız atasıyam... Uşağım haqqında dediyi sözlərə dözə bilmədim. Etdiyimin səhv olduğunu bilirəm, amma onun övladım haqqında söylədiyi sözlərdən sonra belə bir addım atdığım və işlədiyim qurumu belə bir hadisəyə məruz qoyduğum üçün üzr istəyirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 29 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















