Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca çıxarılır 42 min manata!
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.
“Qafqazinfo” xəbər verir ki, fevralın 28-də keçiriləcək hərracda bir neçə vergi ödəyicisinin ödənilməmiş borclarına görə siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı nəzərdə tutulur.
Satışa çıxarılan əmlaklar arasında N.Pənahlının 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobili də var. Avtomobilə 42 min manat qiymət təyin edilib.
Qeyd edək ki, Nemət Pənalı Teleqraf.az-a açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.
Xatırladaq ki, bir müddət əvvəl Nemət Pənahlının həmin avtomobili 1100 manat cərimə borcuna görə də saxlanılaraq cərimə meydançasına aparılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















