“Nəmlik 2 ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yerləşən 7-ci binanın zirzəmisinin qarşısındakı acınacaqlı vəziyyət sakinlərin narazılığına səbəb olub.
“Qafqaznfo” xəbər verir ki, vətəndaşların sözlərinə görə, binanın zirzəmisi uzun illərdir kanalizasiya və çirkab suları ilə dolu vəziyyətdədir.
Əraziyə yayılan kəskin üfunətli qoxu sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.
“Divarlar nəmdir. Nəmlik ikinci mərtəbəyə qədər qalxır. Qoxudan dayanmaq olmur. Bundan əlavə, həşəratlar da əmələ gəlir”, – sakinlərdən biri bildirib.
“Dəfələrlə “Azərsu”ya, icra hakimiyyətinə, bələdiyyəyə müraciət etmişik. Amma hamı məsuliyyəti bir-birinin üzərinə atır. İndiyədək məsələyə baxan olmayıb”, – başqa bir sakin qeyd edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə tullantı su xəttində tutulma baş verib:
“Əraziyə Binəqədi Sukanal İdarəsinin qəza briqadası və xüsusi texnika cəlb edilib. Tullantı su xətti yuyularaq tutulma aradan qaldırılıb. Xəttin fəaliyyəti bərpa edilib. Qəzalı xətlərin təmiri istiqamətində isə işlər davam etdirilir. Xüsusilə qeyd edirik ki, əsasən kanalizasiya tutulmalarına səbəb əhalinin xətlərə müxtəlif məişət tullantılarını atmaları olur. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar”.
Daha ətraflı “Baku TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:224
Bu xəbər 13 May 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















