Icma.az
close
up
RU
Nənə 8 diri qurbağanı uddu: SƏBƏB

Nənə 8 diri qurbağanı uddu: SƏBƏB

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinin Hançjou şəhərində 8 diri qurbağa udan 82 yaşlı qadın xəstəxanaya yerləşdirilib. O, bunu belindəki xroniki ağrılardan qurtulmaq ümidi ilə edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, yaşlı qadın tanışlarından diri qurbağa yeməyin guya “orqanizmi təmizlədiyi” və ağrını azaltdığını eşidib. O, nəyə görə istədiyini demədən qohumlarından bir neçə orta ölçülü qurbağa tutmalarını xahiş edib. Həmin gün beş, ertəsi gün isə daha üç qurbağanı udub.

Bundan qısa müddət sonra qadın qarın nahiyəsində kəskin ağrı hiss edib. Əvvəlcə simptomlar əhəmiyyətsiz görünüb. Lakin vəziyyəti pisləşəndə o, etiraf edərək eksperiment barədə qohumlarına danışıb.

Qadın xəstəxanaya yerləşdirildikdən sonra həkimlər heç bir şiş aşkarlamayıblar, lakin oksifil hüceyrələrinin yüksək səviyyəsini müəyyən ediblər ki, bu da parazitar infeksiyaya işarə edir. Sonrakı analizlər Sparganum adlı lentşəkilli qurdla yoluxmanı təsdiqləyib. Bu parazit insana diri qurbağa və ya ilanla təmas yaxud onların yeyilməsi nəticəsində keçə bilər.

İki həftəlik müalicədən sonra pasiyent tamamilə sağalıb. Həkimlər belə “xalq üsullarının” sağlamlıq üçün ciddi təhlükə yaratdığını vurğulayıb və bu cür riskli təcrübələri təkrarlamamağa çağırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri