Nepal DİN başçısı etirazlarda insan ölümlərinə görə istefa verib
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Nepalın daxili işlər naziri Rame Lekhak ölkədə baş verən kütləvi etirazlar zamanı insanların ölümünə görə istefa verib.
"Report" "Kathmandu Post"a istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclası zamanı ərizəsini ölkənin Baş nazirinə verib.
İclasda iştirak edən nazirin sözlərinə görə, Lekhak məsələnin mənəvi səbəblərinə görə istefa verib.
Xatırladaq ki, hökumətin sosial media platformalarının əksəriyyətini, o cümlədən "Instagram", "YouTube" və "X"i ölkədə qadağan etmək qərarına cavab olaraq "Z" nəslinin nümayəndələri küçələrə axışıb. Etirazlar zamanı Katmanduda 17, İtaharidə 2 nəfər ölüb, 400-ə yaxın insan yaralanıb.
Qeyd edək ki, daha əvvəl Nepal Konqresinin baş katibləri partiya rəhbərliyinin iclasında Lekhakın istefasını tələb etmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Sentyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















