Icma.az
close
up
RU
Nepal Prezidenti Bakıda keçirilən COP29dan əsas gözləntilərdən danışdı MÜSAHİBƏ

Nepal Prezidenti Bakıda keçirilən COP29dan əsas gözləntilərdən danışdı MÜSAHİBƏ

Icma.az bildirir, Milli.az portalına istinadən.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Bugünkü müsahibimiz - Nepal Prezidenti Ram Çandra Paudeldir. Özünəməxsus təbii resursları və mədəni irsi ilə tanınan Nepal iqlim dəyişikliyi ilə əlaqəli bir sıra çətinliklərlə üzləşir.

Trend-ə özəl müsahibədə Nepal Prezidenti dayanıqlı inkişafa baxışını, adaptasiya yollarını və daha yaxşı gələcək naminə beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərini bölüşür.

O qeyd edib ki, Nepal Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi kimi bu gün Azərbaycanda işə başlayan COP29-a böyük əhəmiyyət verir.

"İqlim dəyişikliyi bəşər sivilizasiyası, mədəniyyəti, eləcə də, ana torpaq üçün artan təhlükə yaratdığından, biz indi bəşər tarixində həlledici mərhələdəyik. Vəziyyətin ciddiliyi ondan ibarətdir ki, BMT bu yaxınlarda hamımızı xəbərdar etdi ki, hazırkı iqlim böhranını həll etmək üçün müvafiq tədbirlər görməsək, bu əsrin sonuna qədər temperatur 3,1°C yüksələ bilər.

Dünya təşkilatının mesajı səsli və aydındır: dünya hazırda iqlim böhranının ortasındadır və biz hamımız bunun nəticələrini yumşaltmaq üçün birlikdə səy göstərməliyik. Bununla əlaqədar olaraq, burada qeyd etmək yerinə düşər ki, Nepal "Yaşıl Dünya üçün Həmrəylik" prinsipinə uyğun olan yol xəritəsi üzərində COP Üçlüyünün Sədrlikləri ilə işləmək öhdəliyi götürüb. Nepal, həmçinin, COP29-un Bakıda uğurla keçirilməsinə tam dəstəyini ifadə edir", - deyə o bildirib.

Nepalın COP29 üçün prioritetləri

Paudel bildirib ki, COP29 həm də Nepal üçün öz mövqeyini təqdim etmək üçün bir fürsətdir.

"Mən konfransda iqlim fəlakətləri ilə bağlı məsələlərə dair mövqeyimizi qəti şəkildə bəyan edəcəyəm, həmçinin, COP-dan texnoloji və adaptiv həllər tələb edəcəyəm. Biz onlara müraciət etməliyik, çünki Nepalda son vaxtlar aramsız yağışlar və daşqınlar 200-dən çox insanın həyatına son qoyub və infrastruktura böyük ziyan vurub. Təbii fəlakət ən az inkişaf etmiş və dənizə çıxışı olmayan bir ölkəyə milyonlarla dollara başa gəlib!" - Nepal Prezidenti bildirib.

O əlavə edib ki, qlobal istiləşmə nəticəsində dağlarda qar əriyir:

"Buzlaqlar parçalandı, böyük dağıntılara səbəb oldu və aşağı axınlarda yaşayan insanlar üçün ciddi təhlükə yaratdı. Biz başa düşməliyik ki, dağlıq bölgələrin üzləşdiyi böhran qlobal problemdir. Əslində, bölgənin əsas şirin su mənbəyi olan əzəmətli Himalay dağları ilə bərəkətli olan Nepal iqlim dəyişikliyinə yüksək həssaslığına görə Yaşıl İqlim Fondunun xüsusi diqqətinə layiqdir. Nepal, həmçinin, iqlimlə bağlı mövcud problemlərin həllində məhdud resurslarla da olsa, səy göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Yaşıl İqlim Fondunun səxavəti həlledici rol oynanır, çünki Nepal artıq 2045-ci ilə qədərkarbon neytrallığı və 2050-ci ilə qədər mənfi karbon tullantıları kimi iddialı iqlim dəyişikliyi hədəflərinə doğru getməyə başlayıb".

Prezident bildirilib ki, bundan başqa, Nepal 2030-cu ilə qədər meşə örtüyünü 45 faizə çatdırmağı öhdəsinə götürüb və buna artıq nail olunub:

"Buna görə də Nepalın hazırda iqlim maliyyəsi üçün səxavətli dəstəyə, eləcə də, Nepalın iqlimə davamlı gələcəyə keçidi üçün vacib olan öz potensialını artırmaq üçün qabaqcıl texnoloji "nou-hau"ya ciddi ehtiyacı var. Bu fonda "maliyyə konfransı" olaraq da adlandırılan COP29 üçün əsas gözləntilərimiz iqlim dəyişikliyinin azaldılması və öhdəliklərin genişləndirilməsi yolu ilə uyğunlaşma üçün vəsaitlərin səfərbər edilməsindən ibarətdir. Eyni zamanda, vəsaitlərin ehtiyacı olan ölkələrə ağıllı və rəvan şəkildə paylanacağını gözləyirik".

COP29-da ada dövlətləri üçün iqlim maliyyəsinin təmin edilməsi

Paudel hesab edir ki, iqlim dəyişikliyinə ən həssas olan kiçik və resurs baxımından yoxsul ölkələr iqlim ədalətinə layiqdirlər:

"Səbəb odur ki, bu ölkələr karbon emissiyalarına ən az cavabdeh olsalar da, ən çox əziyyət çəkənlərdir. Məsələn, mənim ölkəmlə bağlı ironiya ondan ibarətdir ki, Nepal istixana qazları emissiyasına cüzi töhfə versə də, iqlim dəyişikliyi fenomeninin əsas qurbanına çevrilib! "The Climate Risk" Nepalı ən çox zərər çəkən 10-cu ölkə kimi təsnif edib. Kənd təsərrüfatı məhsullarının azalması, daxili miqrasiya, şirin su ehtiyatlarının tükənməsi, biomüxtəlifliyin itirilməsi, strateji infrastrukturun zədələnməsi, torpağın keyfiyyətinin pisləşməsi ilə yanaşı,hər il yaşanan insan tələfatı tkimi iqlim dəyişikliyinin təsiri ölkənin hər tərəfində özünü göstərir".

Bu kontekstdə Paudel hesab edir ki, Nepal və digər ən az inkişaf etmiş və ada ölkələri üçün iqlim maliyyə sistemi ilə bağlı narahatlıqlarını bildirmək çox vacibdir.

"Vəsaitlərin hərəkət mexanizmi sadə, əsaslı və sürətli olmalıdır. Biz hesab edirik ki, fond qrantlar şəklində olmalı və tanınmış milli büdcə sistemi vasitəsilə bölüşdürülməlidir. Zərər çəkmiş inkişaf etməkdə olan ölkələrin daha çox əziyyət çəkməməsi üçün İtki və Zərər Fondunda artım görmək istərdik:

Üzərində düşünməli olduğumuz başqa bir cəhət dağ və dəniz ekosistemləri arasındakı əlaqədir. Onların səbəb-nəticə əlaqəsi fonunda, dağ buzlaqlarının əriməsi sahil ekologiyasına xətti və ardıcıl təsir göstərdiyinə görə, ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri institusional şəkildə əlaqələndirmək vacibdir. COP29 Sədrliyi İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri üçün maliyyələşdirmə elan etməsi ilə indi bu məsələ ilə bağlı hərəkətə keçməyin vaxtıdır. Mən bütün maraqlı tərəflərin diqqətini bu aktual mövzuya cəlb etməyə çalışacağam. Şəxsən mən inanıram ki, ən az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini bir araya gətirmək iqlim dəyişikliyinə qarşı ittifaqı gücləndirməyə kömək edəcək".

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu

Paudel qeyd edib ki, Nepal Azərbaycanın təklif etdiyi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması ideyasına müsbət yanaşır.

"Hesab edirik ki, məqsədlərimizə çatmaq üçün vəsaitin səmərəli bölüşdürülməsi vacibdir. Mən istərdim ki, fondun mexanizmi sadə, asan əlçatan, həssas ölkələrin prioritetləri və ehtiyaclarına uyğun olsun", - deyə o bildirib.

"Yaşıl" enerjinin inkişafı sahəsində əməkdaşlığın perspektivləri

Paudel bildirib ki, Nepal və Azərbaycan arasında "yaşıl" enerjinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi perspektivləri var.

"İki ölkə xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və təbii ehtiyatların işlənilməsi sahəsində təcrübə mübadiləsi apara bilər. Nepal hazırda təmiz enerji istehsalı və istifadəsində yaxşı nəticələr əldə etdiyi üçün öz təcrübəsini Azərbaycanla bölüşə bilər. Eynilə, Azərbaycan təbii sərvətlərdən - əhəngdaşı, mis filizləri, sink, dəmir və s. uğurla istifadə edir. Onun bu sahələrdə təcrübəsi bu təbii sərvətlərə sahib olan Nepala çox kömək edə bilər. Bu cür ikitərəfli öhdəliklər bilik və texnologiyanın ötürülməsi ilə birlikdə əməkdaşlığın digər sahələrində onları bir-birinə daha da yaxınlaşdıra bilər", - deyə Nepal prezidenti bildirib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri