Icma.az
close
up
RU
Nepalda yeni seçkilər keçiriəcək

Nepalda yeni seçkilər keçiriəcək

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Suşila Karki “News18” telekanalına müsahibəsində belə deyib.
“İlk növbədə sülhü bərpa etmək lazımdır. Genişmiqyaslı iqtisadi islahatlar apara biləcəyimi iddia etmirəm. Mənim missiyam vaxtında seçkiləri təşkil etmək və hakimiyyəti yeni rəhbərliyə ötürməkdir”, - Ali Məhkəmənin sabiq sədri bildirib.
Karki indiki vəziyyətdə səsvermənin nəticələrinə hər hansı maliyyə təsirini istisnasının və seçkilərin şəffaflığının təminatının zəruri oduğuna diqqət çəkib. Onun sözlərinə görə, seçkiləri keçirmək üçün altı aydan bir ilə qədər vaxt lazım ola bilər.
- Amma biz onları gecikdirmədən keçirib hakimiyyəti ötürəcəyik. Mən peşəkar siyasətçi deyiləm, hakiməm və uzunmüddətli siyasi ambisiyalarım yoxdur”, - xanım Karki vurğulayıb.
Eyni zamanda, Ali Məhkəmənin keçmiş sədri bildirib ki, seçkilər müasir gənclər hərəkatının ruhunu əks etdirən yeni və ya daha gənc liderlərin yetişməsinə imkan yarada bilər. Onun sözlərinə görə, heç kim namizədlik hüququndan məhrum edilməyəcək. Suşila Karki, həmçinin, ola bilsin ki, yeni siyasi qüvvələr yaranacağını, köhnələrin isə seçkilərdə iştirak etmək üçün özlərini yeniləyəcəyi ehtimalını səsləndirib.
“Khabarhub” portalı, öz növbəsində, Ali Məhkəmənin keçmiş sədrinin hərbi rəhbərliklə danışıqlar aparmaq üçün Katmandudakı ordu qərargahına gəldiyini yazıb.
- Karkini monarxiyanın bərpası ideyasını dəstəkləyən siyasi fəal Durqi Prasaya müşayiət edib. “Z nəsli”nin gənc fəalları və jurnalistlərdən ibarət böyük izdiham binanın qarşısında toplaşıb”, - materialda deyilir.
Nepalda asayiş bərpa olunub | VİDEO Yeri gəlmişkən, dünən əvvəl ordu qərargahı qarşısında “Z nəsli” hərəkatının müxtəlif qruplarının nümayəndələri arasında toqquşmaların olduğu bildirilirdi. Mübahisə Sişula Karkinin müvəqqəti baş nazir təyin edilməsi ilə bağlı danışıqlar zamanı yaranıb. Etirazçılar alternativ olaraq Katmandu meri Balen Şah və şəhər rəhbəri Dharan Harka Sampanqı təklif ediblər.
“The Kathmandu Post” nəşri isə, Nepal tarixində həbsxandan ən böyük qaçış haqqında xəbər verir. Polisin məlumatına görə, iğtişaşlar zamanı ölkə həbsxanalarından 15 mindən çox məhbus qaçıb. Qətl, zorlama, adam oğurluğu və insan alverinə görə məhbuslar da daxil olmaqla, 25 şəhərdə həbsxanalardan kütləvi qaçışlar qeydə alınıb.
Həbsxanaları İdarəetmə Departamenti yekun rəqəmlərin dəqiqləşdirilməsi üzrə hələ də iş getdiyini açqıalyıb. Qaçanların tez bir zamanda tapılıb yaxalanması üçün bütün ölkə üzrə təhlükəsizlik qüvvələri səfərbər olunub.
Bu fonda Nepal ordusu bir sıra şəhərlərdə komendant saatı rejiminin qismən yumşaldıldığını elan edib.
“Ümumi vəziyyətin yaxşılaşması ilə əlaqədar ictimai təhlükəsizliyin təminatı üçün tətbiq olunan komendant saatı və məhdudiyyətlər tədricən yumşaldılır”, - məlumatda bildirilir.
Bununla belə, məhdudiyyətlər qüvvədə qalır: vəziyyətin sabitləşməsi məqsədilə vətəndaşlar cümə günündən başlayaraq, saat 10:00-dan 17:00-dək və 19:00-dan saat 05:00-dək komnedant ssatı rejiminə əməl etməlidirlər
Xatırladaq ki, Nepalda sentyabrın 8-9-da Katmandu və digər şəhərlərdə hökumət əleyhinə başlayan geniş etirazlar dalğası sonradan iğtişaşlara çevrilib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri