“Neptun” qurğusunun yedəklənməsi əməliyyatına başlanıldı FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
AZCON Holding şirkətlərindən olan ASCO gəmilərinin iştirakı ilə 18 oktyabr tarixində “Neptun” özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə – “Ümid” platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb.
ASCO-dan Redaktor.az-a verilən məlumata görə, yedəkləmə əməliyyatında “Mərdəkan”, “Zirə” və “Andoqa” təchizat-yedək gəmiləri iştirak edirlər.
Qeyd edək ki, “Neptun” özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün Xəzərin Türkmənistan sektorundan ölkəmizə gətirilmişdi. Həmin əməliyyat “Hövsan”, “Hövsan-2”, “SOCAR-1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmilərinin iştirakı ilə həyata keçirilmişdi.
Xatırladaq ki, "Neptun” qurğusu vasitəsi ilə “Ümid” yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusu qazılacaq. Quyunun qazılmasına bu ay bağlamağa planlaşdırılır. Özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR tarixində ilk olacaq. Eyni zamanda, bu quyu bu günədək “Ümid” yatağında qazılan ən dərin quyu hesab olunur. Quyunun layihə dərinliyi 7067 metr təşkil edir. Quyuda qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















