Icma.az
close
up
RU
“Neqativ halların qarşısını almaq üçün kişi müəllimlərin təhsilə cəlbi vacibdir”

“Neqativ halların qarşısını almaq üçün kişi müəllimlərin təhsilə cəlbi vacibdir”

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Azərbaycanda orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin 79 faizini qadınlar, 21 faizini isə kişilər təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Məlumdur ki, məktəb təkcə uşaqların təhsil aldığı yer deyil, həm də onların xarakterinin və həyat baxışlarının formalaşdığı məkandır.
Bəs məktəblərdə kişi müəllimlərin azlığı uşaqların sosial-psixoloji inkişafına, xarakterinin formalaşmasına necə təsir edir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Vüsalə Əmiraslanova deyir ki, əvvəlki illərdə məktəblərdə idman, riyaziyyat və məntiq fənlərini əsasən kişi müəllimlər tədris edirdi:
“Bu da həm qız, həm də oğlan uşaqlarında kişi modelinin formalaşmasına kömək edirdi. Biz müəllimi həm əlçatmaz, həm əlçatan, həm rəhmli, həm də mehriban kimi görürdük. Hətta məktəb direktorları da əsasən kişilər olurdu. Bu da cəmiyyətdə qadın-kişi münasibətlərinin sağlam qurulmasında mühüm rol oynayırdı”.
Psixoloqun sözlərinə görə, bu gün məktəblərdə qadın müəllimlərin və qadın direktorların çoxluğu nəticəsində həm qız, həm də oğlan şagirdlər daha çox qadınlarla ünsiyyətdə olur:
“Bu isə kişi rol modelinin formalaşmasını zəiflədir. Əgər ailə natamamdırsa və uşağın həyatında kişi obrazı yoxdursa, bu hal oğlan uşaqlarına daha çox təsir edir. Ailədə ata varsa, bu təsir azalır, amma atasını itirmiş və ya uzaqda yaşayan uşaqlar üçün vəziyyət fərqlidir”.
Vüsalə Əmiraslanova həmçinin vurğulayıb ki, uşaqlar 12 yaşa qədər həm kişi, həm də qadın modelini görməlidir:
“Bu dövrdə onların beynində “kişi necə olar, qadın necə olar” anlayışı formalaşır”.
Təhsil eksperti Elçin Əfəndi isə mövzu ilə bağlı Yeniavaz.com-a açıqlamasında qeyd edib ki, kişi müəllimlərin sayının azlığı, eləcə də təhsilin idarəetmə sferasında kişi cinsinə məxsus mütəxəssislərin azlığı təhsil sistemində müəyyən çətinliklər yaradır.
“10-15 il əvvəl bu sahədə daha çox kişi müəllimləri görmək mümkün idi. Həm idarəetmədə, həm ibtidai, həm də yuxarı siniflərdə kişi müəllimlərin sayı çox idi. Həmin dövrdə məktəblərdə nizam-intizam və təlim-tərbiyə qaydaları da daha güclü idi”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə ümumtəhsil müəssisələrində müəllimlərin böyük əksəriyyəti qadınlardır:
“Müəllimlərin işə qəbul imtahanlarında da iştirakçıların çoxunu qadınlar təşkil edir. Bu vəziyyətin əsas səbəbi maaş məsələsidir. Kişilər ailə yükünü daşıdıqları üçün müəllimlik peşəsi onlara maddi baxımdan sərf etmir. Bu səbəbdən bir çox kişi müəllimlər məktəbi tərk edərək özəl kurslara və ya başqa sahələrə yönəlirlər”.
Elçin Əfəndi sonda vurğulayıb ki, təhsil sahəsindəki neqativ halların qarşısını almaq üçün kişi müəllimlərin təhsilə cəlb olunması vacibdir:
“Pedaqoji ixtisas seçən kişilərə xüsusi təqaüdlər, güzəştlər və imtiyazlar verilə bilər. Hətta kredit və təhsil dəstəyi baxımından onlara üstünlüklər tanınarsa, 15-20 il əvvəlki vəziyyəti bərpa etmək mümkündür. Cəmiyyətdə ‘kişilərin məktəbdə işləməsi’ stereotipini qırmaq lazımdır. Təhsil təkcə qadın yox, həm də kişi peşəsidir”.
Fəridə Əsədzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri