Nəqliyyat nazirləri regional ticarətin davamlılığını müzakirə ediblər
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə regional ticarətin davamlılığını müzakirə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə türkiyəli rəsmi sosial şəbəkədə bildirib.
“Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, hörmətli həmkarım Rəşad Nəbiyev, nazir müavini cənab Rəhman Hümmətov və Bakıdakı səfirimiz cənab Cahit Bağcı ilə səmərəli görüş keçirdik. Türkiyə və qardaş ölkə Azərbaycan arasındakı əməkdaşlığımızı gücləndirmək və regional ticarətin davamlılığı üçün mühüm məsləhətləşmələr apardıq”, – o yazıb.
Qeyd edək ki, öncəki paylaşımında Uraloğlu Azərbaycana gəldiyini bildirmişdi.
Baxış sayı:128
Bu xəbər 19 Noyabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















