Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə 2026-cı ilin ilk aylarında da statistik göstəricilərdə artım qeydə alınıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, fevral ayının sonuna olan məlumata əsasən, nəqliyyat və anbar sektorunun ÜDM-də payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 7,5 faizə çatıb. Qeyri-neft/qaz ÜDM-də də artım müşahidə olunub və sektorun payı 10,3 faiz təşkil edib.
Sahədə yaradılan əlavə dəyər də yüksəlməkdə davam edir. Yanvar-fevral aylarında bu göstərici 1 milyard 381 milyon 900 min manata çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz və ya 105,7 milyon manat artım deməkdir. Sektor üzrə ümumi gəlir isə 2 milyard 267 milyon 200 min manat olub.
İnvestisiya qoyuluşu nəqliyyat sektorunun inkişafında əsas amillərdən biri olaraq qalır. Yanvar-fevral aylarında sahəyə yönəldilən investisiyaların həcmi 606,6 milyon manat olub. Yəni real ifadədə 12,1 faiz artım olub.
Ümumilikdə nəqliyyat və anbar təsərrüfatı sektorunda qeydə alınan müsbət dinamika ölkənin logistika imkanlarının gücləndiyini və regional nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Aprel 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















