Icma.az
close
up
RU
Nəqliyyat sistemində də “Bir pəncərə” yaradılacaq

Nəqliyyat sistemində də “Bir pəncərə” yaradılacaq

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahəsində fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər görülür. Prezident İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli fərmanına əsasən, xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəli əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi məqsədilə “Bir pəncərə” informasiya sisteminin yaradılması qərara alınıb.

Fərmana əsasən, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi, nəqliyyat vasitələrinə və daşınan mallara dair sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi, sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması sistem vasitəsilə təmin ediləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sistemin fəaliyyətinin təşkili və inkişafı üçün tədbirlər görəcək, onun “Hökumət buludu” konsepsiyasına uyğun yerləşdirilməsini və dövlət reyestrlərinə daxil edilməsini təmin edəcək. Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatlar isə aidiyyəti qurumlara təqdim ediləcək.

“Bir pəncərə” informasiya sistemi nədir?

Yaradılması nəzərdə tutulan yeni sistem dövlət qurumları ilə biznes subyektləri arasında əlaqələrin vahid platforma üzərindən qurulmasına şərait yaradır ki, bu da idarəetmədə çevikliyin və şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Bir pəncərə” mexanizmi idxal-ixrac və tranzit əməliyyatları zamanı tələb olunan sənədlərin elektron formada, vahid məkandan təqdim edilməsini mümkün etməklə vaxt itkisini və inzibati yükü əhəmiyyətli dərəcədə azaltmış olur. Müxtəlif dövlət qurumlarına ayrı-ayrılıqda müraciət ehtiyacının aradan qalxması isə sahibkarlar üçün prosedurların sadələşdirilməsinə, qərarların qəbulunun sürətlənməsinə və əməliyyat xərclərinin minimuma endirilməsinə xidmət edir.

Azərbaycanda Rəqəmsal Logistika Platformasının "Ticarət bələdçisi" modulu artıq istifadəyə hazırdır. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsi hesabında bildirib ki, Prezident İlham Əliyevin idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman rəqəmsal iqtisadiyyatın inkişafına, xarici ticarət əməliyyatlarının sürətləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq logistika zəncirlərində mövqeyinin möhkəmləndirilməsinə xidmət edən fundamental strateji sənəddir.

Onun sözlərinə görə, fərmandan irəli gələn tapşırıqların icrasına artıq başlanılıb: "Bu çərçivədə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılmaqdadır. Platformanın "Ticarət bələdçisi" modulu istifadəyə hazırdır, digər modulların isə mərhələli şəkildə 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Cənab Prezidentə sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, Rəqəmsal Logistika Platforması ticarət, logistika və gömrük proseslərinin Vahid Pəncərədən idarə olunmasını təmin edir. Bu, idxal, ixrac və tranzit əməliyyatları üzrə sənədləşməni vahid rəqəmsal sistemdə toplayan platformadır. Sənədləşmə proseslərini sürətləndirir, şəffaflığı artırır və əməliyyat xərclərini azaldır. Platforma yük sahibləri və nəqliyyat şirkətləri arasında etibarlı əməkdaşlığı təmin edən rəqəmsal həll təqdim edir. Məqsəd yükdaşıma proseslərini sürətləndirmək, şəffaflığı artırmaq və logistik əməliyyatı daha səmərəli təşkil etməkdir.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Rəqəmsal Logistika Platforması Azərbaycanın investisiya mühitinin daha da yaxşılaşdırılmasına, xarici ticarət əlaqələrinin genişləndirilməsinə və eyni zamanda, yeni sərmayələrin cəlb olunmasına mühüm töhfə verəcək.

Xüsusilə nəzərə alsaq ki, bu platforma logistika proseslərinin elektronlaşmasına, rəqəmsal həllərdən və hüquqi mexanizmlərdən daha geniş istifadə imkanlarına şərait yaradır, eyni zamanda, Azərbaycanın üzərindən keçən beynəlxalq yükdaşımaların həcminə və səmərəliliyinə də müsbət təsir göstərəcək.

Bu təşəbbüs ölkədə iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı cənab Prezident tərəfindən müəyyən edilmiş strateji xəttə tam uyğun olaraq həyata keçirilən fəaliyyətlərdən biridir.

Təbii ki, yeni dövrün prioritetləri çərçivəsində xarici investisiyaların daha çox cəlb edilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Xüsusilə qeyri-neft sektoruna yönələn sərmayələrin artırılması, bu sahədə işlərin sürətləndirilməsi və rəqəmsal həllərin prioritet olaraq tətbiqi hər zaman aktuallığını qoruyur. Son islahatlar bir daha təsdiq edir ki, Azərbaycan artıq növbəti iqtisadi inkişaf mərhələsinə qədəm qoyur və bu mərhələdə elektron xidmətlərdən daha geniş istifadə əsas xətt kimi ön plana çıxır. Bu yanaşma qeyri-neft sektorunun inkişafı baxımından, eləcə də iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə isə, rəqəmsal logistika həlləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha da dərinləşməsinə və tətbiq imkanlarının genişlənməsinə real zəmin yaradır.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru

Prezident İlham Əliyevin imzaladığı “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əsas məqsədi ölkəmizdə xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında rəqəmsal mühitin yaradılması, eləcə də yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin formalaşdırılmasıdır. Fərmanla Azərbaycanda “Bir pəncərə” informasiya sistemi yaradılacaqdır.

Bu, Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə uzlaşan, bu mövqeyi daha da möhkəmləndirən zamanında qəbul edilmiş siyasi qərarlar ölkəmizi Avrasiya məkanında aparıcı nəqliyyat-tranzit qovşağına çevirir. Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan uzunmüddətli və zəngin nəqliyyat-tranzit potensialına malikdir. Bu gün Azərbaycan, dünyanın yük axınlarında daha çox paya sahib olmaq üçün geniş imkanlara malikdir. Xüsusilə, Orta dəhliz Çin-Avropa arasında baş verən, illik 700 milyard dollardan da çox olan, yük dövriyyəsində cəlbedici marşrutlardan biridir.

Bununla belə, regionda Çin – Mərkəzi Asiya – Qərbi Asiya (əksər mənbələrdə İran – Mərkəzi Asiya dəhlizi kimi qeyd edilir), Hindistan – Yaxın Şərq – Avropa, Çin-Pakistan dəhlizi, Trans-Əfqanıstan dəmir yolu layihəsi və s. çoxsaylı nəqliyyat layihələrinin reallaşdırıldığı bir dönəmdə, Orta Dəhlizin cəlbediciliyinin qorunması və artırılması, Azərbaycanın nəqliyyat-tranzit imkanlarının çevik və əlverişli şəkildə reallaşdırılması əsas çağırışlar kimi diqqəti cəlb edir.

Bir daha qeyd edim ki, fərman müasir dövrün çağırışlarından irəli gələn bir zərurətdir. Müasir dünyada rəqabət mübarizəsinin əsas istiqamətlərindən biri əlverişli nəqliyyat-kommunikasiya çıxışlarına sahib olmaqdır və bu mübarizədə üstünlük qazanmağın başlıca şərtlərindən biri mövcud imkanların daha çevik və səmərəli şəkildə reallaşdırılması, eləcə də yeni texnika və texnologiyaların intensiv tətbiqidir.

Rəqəmsallaşma süni intellektin müxtəlif iqtisadi proseslərə yaxından nüfuz etməsi idxal-ixrac, nəqliyyat-logistika proseslərinin də çevikləşdirilməsini, bu sahəyə dair proseslərin “Bir pəncərə”dən idarə olunmasını zəruri edir. Bu iqtisadi proseslər üçün tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin, nəqliyyat vasitələrinə və daşınan mallara dair sənədlərin və məlumatların, yükdaşıma və digər müqavilələrin elektron qaydada, “Bir pəncərə” sistemi vasitəsilə, təqdim edilməsi, sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumatların sistem üzərindən elektron şəkildə izlənməsi, eləcə də istifadəçilərin elektron müraciətlərinin qəbulu və cavablandırılması, bütün hərəkət marşrutu boyunca daşınan yüklərin izlənilmə imkanının yaradılması, elektron ödənişə şərait yaradılması və beləliklə də idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması ilə yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi Azərbaycanın qoşulduğu nəqliyyat dəhlizlərini daha cəlbedici edəcəkdir.

Fərmanın icrası nəqliyyat-tranzit proseslərinin çevik və şəffaf təşkilinə dəstək verməklə, idxal-ixrac proseslərinin intensivləşməsinə, tranzit daşınmaların həcminin artmasına və beləliklə də uzun illər öncədən formalaşdırılmağa başlayan infrastruktur təminatdan daha səmərəli istifadəyə imkan verəcəkdir.

Yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi yeni və daha zəngin nəqliyyat-tranzit imkanları yaradacaqdır ki, adıçəkilən fərmanın icrası həm də bu imkanların əlverişli şəkildə reallaşdırılmasına dəstək verəcəkdir. Beləliklə, dövlət başçısının bu fərmanı zamanında qəbul edilmiş qərar olaraq, yerli sahibkarların xarici bazarlara çıxışını daha da asanlaşdıracaq, sərhəd-buraxılış proseslərini sadələşdirərək nəqliyyat-tranzit xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirəcəkdir.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see187

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri