Icma.az
close
up
RU
Nəqliyyat vasitələrinə dəymiş zərər necə qarşılanacaq? Bakıda lift qəzası

Nəqliyyat vasitələrinə dəymiş zərər necə qarşılanacaq? Bakıda lift qəzası

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində liftin qırılması nəticəsində ərazidəki nəqliyyat vasitələrinə ziyan dəyib. Bu, həmin nəqliyyat vasitələrinə dəymiş ziyanın necə qarşılanacağı ilə bağlı məsələni gündəmə gətirib.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, bədbəxt hadisələr zamanı nəqliyyat vasitələrinə dəymiş ziyanın ödənilməsi üçün müxtəlif ödəmə metodları var:

"Nəqliyyat vasitələrinə dəymiş ziyanın ödənilməsi həm icbari, həm də kasko sığorta ilə qarşılana bilər. Nəqliyyat vasitəsinin icbari sığortası olduğu zaman qarşı tərəfə dəymiş ziyanın ödənilməsi təmin edilir. Eyni zamanda, nəqliyyat vasitəsinin kasko sığortası olduğu halda avtomobil sahibinə dəymiş maddi ziyanın ödənilməsi heç bir problem olmadan təmin edilir".

Ekspertin sözlərinə görə, əgər nəqliyyat vasitəsinin kasko sığortası olmasa, bu zaman dəymiş ziyanın ödənilməsi ilə bağlı müəyyən çətinliklər yarana bilər:

"Nəqliyyat vasitəsinin kasko sığortası olmadığı halda məsələ hüquqi müstəviyə daşınaraq məhkəmə yolu ilə həll edilir".

Sığorta eksperti Emil Ağabağırov da bildirib ki, bu kimi hallarda həmin tikilinin müvafiq məsuliyyət sığortası varsa, qarşı tərəfin əmlakı, yəni avtomobil üzrə sığorta həyata keçirilə bilər. Ekspertin sözlərinə görə, avtomobilin kasko sığortası varsa, dəymiş zərər sığorta şəhadətnaməsi üzrə ödənilir.

"Əgər heç bir sığorta yoxdursa, o zaman sığorta şirkətləri tərəfindən hansısa ödənişin həyata keçirilməsi mümkün deyil", - deyə mütəxəssis bildirib.

Xatırladaq ki, Bakıda Süleyman Tağızadə küçəsində liftin qırılması nəticəsində moped və avtomobilin zərər görməsi barədə Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 08 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri