Nəqliyyata kiberhücum olub, kartla ödəniş terminalları deaktiv edilib VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Tbilisinin ictimai nəqliyyatına kiberhücum olub.
Avtosfer.az xəbər verir ki, səhər saatlarında ictimai nəqliyyat vasitələrinə quraşdırılmış kartla ödəniş terminalları etirazçıların hakimiyyət və Rusiya əleyhinə şüarlarını, Gürcüstan himnini səsləndirməyə başlayıb.
Kiberhücumla əlaqədar sərnişin ödəniş sistemi şəhər meriyası tərəfindən müvəqqəti deaktiv edilib. Qeyd olunub ki, ictimai nəqliyyatda quraşdırılmış avadanlıqlara texniki dəstək “Bank of Georgia”nın podratçı şirkətləri olan “MS+” MMC və “Azri” MMC tərəfindən göstərilir və sözügedən şirkətlərin nümayəndələri problemlə əlaqədar operativ şəkildə işə başlayıb. Bu müddətdə ictimai nəqliyyatın sərnişinlərə ödənişsiz xidmət göstərəcəyi qeyd edilib.
(apa)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















