Icma.az
close
up
RU
“NEQSOL Holding” və Təhsilin İnkişafı Fondu PARLA Təqaüd Proqramını davam etdirir

“NEQSOL Holding” və Təhsilin İnkişafı Fondu PARLA Təqaüd Proqramını davam etdirir

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“NEQSOL Holding”, Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycanda gənc xanımların təhsilini, peşəkar inkişafını və liderliyini dəstəkləmək məqsədi ilə, PARLA Tələbə Qızlar üçün Təqaüd və İnkişaf Proqramını 3-cü qrup ilə davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, üçüncü mərhələ akademik nailiyyətlər və sosial-iqtisadi meyarlar əsasında keçirilmiş yüksək rəqabətli seçim prosesi nəticəsində müəyyən olunmuş 50 istedadlı universitet tələbəsini bir araya gətirir. Bu qrupun əlavə edilməsi ilə PARLA icması bugünkü qlobal mühitdə uğur qazanmaq üçün bacarıqlara, özünəinam və imkanlara malik istedadlı gənc xanımların böyüyən bir şəbəkəsi kimi genişlənməyə davam edir.

Üçüncü mərhələnin iştirakçıları məzun olana qədər aylıq maliyyə dəstəyi alacaq, eyni zamanda hərtərəfli inkişaf proqramına çıxış əldə edəcəklər. İnkişaf proqramına ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq, “NEQSOL Holding”in şirkətlərində təcrübə imkanları, həmçinin “NEQSOL Academy” vasitəsilə rəqəmsal təhsil resursları daxildir. Proqram real iş təcrübəsinə və uzunmüddətli karyera hazırlığına xüsusi önəm verərək iştirakçıların təhsildən peşəkar həyata inamla keçidini təmin edir.

PARLA proqramı təsis edildiyi gündən etibarən birinci və ikinci qruplar üzrə 100 xanım tələbəyə dəstək göstərilib. Bu günə qədər proqrama qəbul edilmiş 150 iştirakçıdan 41 nəfəri proqramı uğurla bitirib və onların əksəriyyəti təcrübə və ya tam ştatlı işlə təmin olunub. Bundan əlavə, bəzi məzunlar proqramı bitirdikdən sonra təhsillərini xaricdə davam etdirirlər. Bu nəticələr PARLA-nın akademik təhsili praktik karyera imkanları ilə əlaqələndirməkdə və gənc xanımların əmək bazarına uğurlu keçidini dəstəkləməkdə effektivliyini əks etdirir.

“Proqramın uğuru gənc xanımların bacarıqlarını inkişaf etdirmək, peşəkar şəbəkələrini genişləndirmək və özlərinə inam qazanmaq üçün dəstəkləyici ekosistemin yaradılmasının nə qədər vacib olduğunu göstərir. PARLA vasitəsilə istedadlı tələbələrə gələcək karyeralarını formalaşdırmağa və təhsildən peşəkar mühitə uğurla keçid etməyə kömək edəcək təlimlər, mentorluq, təcrübə və digər praktik imkanlar təqdim edirik,” deyə “NEQSOL Holding” Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə bildirib.

“PARLA gənc xanımların ali təhsilə çıxışının genişləndirilməsində və onların potensiallarını reallaşdırmasında mühüm rol oynayır. Maliyyə dəstəyi ilə yanaşı, proqram iştirakçıların şəxsi inkişafı üçün imkanlar yaradır, onlara yeni bilik və bacarıqlar qazanmağa və peşəkar şəbəkələrə inteqrasiya etməyə imkan verir. Bu kimi təşəbbüslər uzunmüddətli perspektivdə ölkənin insan kapitalının gücləndirilməsinə töhfə verir,” deyə Təhsilin İnkişafı Fondunun Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Rəsul Həşimov bildirib.

2024-cü ildə yaradılan PARLA proqramı gənc xanımların inkişafı üçün güclü bir platformaya çevrilib. Təsir gücü, inklüziv yanaşma və uzunmüddətli baxışına görə 2025-ci ildə proqram Böyük İşəgötürənlər üçün Stevie® qızıl və gümüş mükafatları qazanaraq beynəlxalq səviyyədə tanınıb.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Mart 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri