Icma.az
close
up
RU
Nərgiz Liftiyevadan Azərbaycan Türkiyə Media Platforması ilə bağlı TƏKLİFLƏR

Nərgiz Liftiyevadan Azərbaycan Türkiyə Media Platforması ilə bağlı TƏKLİFLƏR

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Artıq Türkiyə ilə Azərbaycan media qurumları arasında əməkdaşlığın alt yapısı hazırdır. İndi rəsmi və siyasi müstəvidən daha alt səviyyəyə enib, birbaşa cəmiyyətə xitab edən sosial- mədəni müstəvidə layihələrin həyata keçirilməsinə, effektiv proqramların hazırlanmasına ehtiyac var”.

Bu fikirləri Sitat.info saytının baş redaktoru Nərgiz Liftiyeva bu gün Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı səsləndirib.

Ötən 5 il ərzində görülən işlərin önəmini vurğulayan media rəhbəri, özəlliklə hər iki ölkə üçün tarixi sınaq olan mərhələlərdə - 44 günlük Vətən müharibəsi günlərində, Türkiyədə yaşanan “əsrin fəlakəti” zamanı və digər mühüm günlərdə bu media platformasının sinxron fəaliyyətinin, qarşılıqlı informasiya dəstəyinin olduqca uğurlu olduğunu vurğulayıb.

N.Liftiyeva eyni zamanda Türkiyə-Azərbaycan Birgə Media Platformasının bundan sonrakı dövrlərdə görməli olduğu işlərə toxunub: “Bu əməkdaşlıq əsasən hər iki ölkənin nəhəng media qurumları arasındadır və yetərincə nailiyyətlər əldə olunub. Ancaq nisbətən kiçik və çoxsaylı media qurumları arasında da əməkdaşlıqların yaradılması, onlardan ibarət işçi qrupların formalaşdırılması, ortaq yayımların, paylaşımların həyata keçirilməsi qeyri-rəsmi formatda iki cəmiyyətin qarşılıqlı inteqrasiyasına daha çox fayda verə bilər. Bu gün sosial media dövründə təkcə televiziya kanalları deyil, yerli media qurumlarının kütləvi izlənən sosial media hesabları və internet televiziyalar üzərindən də müvafiq fəaliyyətin həyata keçirilməsinə ehtiyac var.

Qardaş ölkə xalqları arasında sevgi və möhkəm tarixi bağların olmasına baxmayaraq, Türkiyə ictimaiyyətində Azərbaycan cəmiyyəti, mədəniyyəti, mətbəxi, sosial -mədəni həyatı ilə bağlı aydın təsəvvür yoxdur. Hələ də ölkəmizə gələn jurnalist və blogerlər burada gördükləri xoş münasibətə, müsiqimizə, milli mədəniyyətimizə, mətbəximizə baxıb təəccüblənirlər. Bu təəccüb müsbət istiqamətdə olduğu üçün bizi sevindirir, ancaq həm də ondan xəbər verir ki, yetərincə informasiya yoxdur. Deməli ortaq media platforması çərçivəsində daha çox işlər görülməlidir. Artıq informasiya siyasəti rəsmi səviyyələrlə yanaşı küçə sorğularına, qardaşlarımızın təbirincə desək “sokak reportajlarına” qədər enməli, cəmiyyətin içində olmalıdır. Eyni mövzu həm Türkiyədə, həm Azərbaycanda işlənərək birgə materiallar hazırlana və işçi qrup daxil olan media qurumlarında eyni vaxtda yayımlana bilər. Türkiyədə sosial media olaraq Twitter, Azərbaycanda isə Facebook, Tiktok və İnstagramın daha populyar sosial şəbəkə olduğunu nəzərə alsaq, fərqli platformalarda yayımla bağlı media qurumları arasında mübadilə həyata keçirilə bilər. Ortaq sosial media platforması isə Youtube ideal variant olaraq görünməkdədir. Bu gün iki ölkə münasibətlərinə qarşı əsas provakasiyalar və dezinformasiyalar sosial şəbəkələr üzərindən gəlir. Buna qarşı mübarizə yalnız dövlət televiziyalarında aparılarsa, yetərincə əhəmiyyətli və ünvanlı ola bilməz. Bu mənada media işçiləri arasından sosial media qruplarının formalaşdırılması da olduqca önəmlidir”.

Media rəhbəri təkliflərini də qeyd edib: “İlk növbədə Türkiyə-Azərbaycan Birgə Media Platformasının “Etik dəyərləri və  prinsipləri” hazırlana bilər. Hazırki  informasiya savaşında qlobal media dəyərləri ilə yanaşı, Türk dünyasının ortaq maraqlarına zidd informasiyaların qarşısının alınması üçün Media Platformasının etik prinsiplərinin hazırlanması da məqsədəuyğun olar.

İkinci təklifim, Türkiyə və Azərbaycan türkcəsində proqramların hər iki ölkə mediasında tərcüməsiz yayımlanmasıdır. Paralel olaraq ortaq türkcəyə keçid yolundaykən, hər iki dildə sözlərin qarşılaşdırılaraq alınma sözlərin türkcə qarşılığı ilə əvəzlənməsi və mediada istifadəsi ilə bağlı işin aparılmasıdır.

Üçüncüsü, jurnalistlərin qarşılıqlı səfərlərinin artırılması, birgə təlimlərin təşkili, müxtəlif mövzularda sənədli filmlərin, reportajların hazırlanması həyata keçirilə bilər.

Dördüncüsü, Media Platformasının həştəqlərinin yaradılması və bu çərçivədə hazırlanan media materiallarının vahid həştəqlərdə sosial mediada sistemləşdirilməsidir.

Beşincisi, hər iki ölkədən müəyyən sayda media qurumunun vatsapp və telegram qruplarda bir araya gələrək, hazırlanmış materialların paylaşımına dəstək verməsi, daha geniş auditoriyaya sahib olmaq baxımından önəmlidir.

Altıncısı və ən önəmlisi isə odur ki, Türkiyə televiziya  və film-serial sahəsində təkcə Azərbaycanda deyil, dünyanın əksər nöqtələrində daha böyük auditoriyaya malikdir. Bu baxımdan informasiya mübadiləsində disbalansın olması anlaşılandır. Azərbaycan mediası, film sektoru və s. sahələr bu boşluğun aradan qaldırılması üçün keyfiyyətli materiallar hazırlayıb qardaş ölkə cəmiyyətinə xitab etməyə çalışmalıdır".

N.Liftiyeva sonda onu da qeyd edib ki, Azərbaycan və Türkiyə Türkdilli Dövlətlər Təşkilatının lokomotividir və bu səbəbdən Birgə Media Platforması da gələcəkdə Türkdilli dövlətlərin vahid media platformasının özəyi olacaq. Bu mənada görülən işlərin tarixi əhəmiyyətə malik olduğunu deməyi də borc bilirik".

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Fevral 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri