Nəriman ABŞ klubunun düşərgəsinə nə vaxt qoşulacaq?
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ" yaxın zamanlarda futbolçusu Nəriman Axundzadənin ABŞ-da - MLS təmsilçisi “Kolambus Kru” klubuna keçəcəyini rəsmən açıqlayacaq. Açıqlama yaxın 1-2 gündə elan oluna bilər.
QOL.az saytının əldə etdiyi xəbərə görə, tərəflər arasında danışıqlarda bütün detallar razılaşdırılıb. İndi yalnız keçidin rəsmən elan edilməsi və müqavilənin imzalanması qalır.
Bəs, Nəriman yeni klubuna nə vaxt qoşulacaq?
Saytımıza daxil olan məlumata görə, hazırda futbolçu ABŞ-a getmək üçün işçi vizasının həlli məsələsi ilə məşğuldur. Bu proses bir neçə gün çəkə bilər.
Qeyd edək ki, MLS-də yeni mövsüm fevralın 21-də start götürür. O vaxta qədər Nərimanın yeni komandasının düşərgəsinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, ABŞ təmsilçisi bu transferə görə “Qarabağ”a təminat ödəyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















