Nəriman Axundzadə ABŞ klubuna transfer edildi “Qarabağ”dan RƏSMİ AÇIQLAMA + FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağdamın “Qarabağ” klubu hücumçusu Nəriman Axundzadənin ABŞ və Kanadanın Yüksək Futbol Liqa ( “Major League Soccer” - MLS) təmsilçisi “Kolambus Kru”ya transfer olduğuna dair məlumat yayıb.
İdman.Biz xəbər verir ki, klubun mətbuat xidməti məlumatı “Qarabağ”ın sosial şəbəkə hesablarında dərc edib.
“Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunmuşdur.
Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilmişdir.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır” – “Qarabağ” klubunun ictimaiyyətə ünvanlandığı açıqlamada qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:522
Bu xəbər 10 Fevral 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















