Nəriman Axundzadə onunla komanda yoldaşı oldu FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
ABŞ-nin "Columbus Crew" klubu portuqaliyalı yarımmüdafiəçi Andre Gomesi transfer edib.
Milli.Az xəbər verir ki, 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb və anlaşmada müddətin daha bir il uzadılması imkanı da var.
Karyerası ərzində Benfica, Valencia CF, FC Barcelona, Everton F.C. və Lille OSC kimi klublarda çıxış edən Qomeş "Barselona" ilə La Liqa və kubok titulları qazanıb, həmçinin 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu olub.
Xatırladaq ki, "Columbus Crew" klubu bu yaxınlarda Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni də heyətinə cəlb edib. N.Axundzadənin ABŞ klubu ilə imzaladığı müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Okeanın o tayı təmsilçisi bu transfer qarşılığında "Qarabağ"a 1 milyon avrodan bir qədər artıq vəsait ödəyəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Fevral 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















