Icma.az
close
up
RU
Nəriman Axundzadə sayəsində Qarabağ da olanlar görünmədi Məğlubiyyətin 3 səbəbi

Nəriman Axundzadə sayəsində Qarabağ da olanlar görünmədi Məğlubiyyətin 3 səbəbi

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Videoizahla Çempionlar Liqası matçında "Qarabağ"ın "Ayaks"a məğlub olmasının səbəbləri təhlil edilib.

Ölkə.Az-ın məlumatına görə, "343" futbol analizi üzrə fəaliyyət göstərən sosial şəbəkə səhifəsi 3 məqama diqqət çəkib.

"Əlbəttə ki, ağlınıza gələn ilk adam Nəriman Axundzadə olacaq. Amma mən sizə desəm ki, birinci səbəbkar Marko Yankoviçdir, siz buna necə reaksiya verərsiniz? Xatırladaq ki, "Napoli" ilə oyunda qolların birinin günahkarı məhz Marko Yankoviç idi. O təzyiq altında topu itirdi. "Ayaks"la matçda "Qarabağ"ın ən problemli mövqeyi "6 nömrə mövqeyi" idi. Qonaqların vurduğu birinci 2 qol həmin zonadan gəldi. "Ayaks" həmin mövqedən "Qarabağ"ın qapısına 7 zərbə vurdu. Hansı ki, anormal dərəcədə çoxdur. 1-ci qolda Kasper Dolberq elə görməzdən gələrək Yankoviçi çox asan, bəsit bir hərəkətlə neytrallaşdırıb qol vurdu. 2-ci epizodda Oskar Qlox yenə də Yankoviçi çox asan şəkildə aldadaraq qolu vurur. Hətta 3-cü qolun əks-hücumunda Marko, əslində, "öz oyunçusu" olan (mövqeyi baxımından) Miko Qutsu buraxır və qola səbəb olur"

Təhlil zamanı məğlubiyyətin ikinci səbəbi kimi Qurban Qurbanovun gedişi göstərilir:

"Zubirin "10 nömrə mövqeyi"ndə oynaması. Onun ana pozisiyası sol cinah vinqeridir. Amma 10 nömrənin funsiyası tam ayrıdır. Qurban Qurbanovun sistemində Yankoviçin son 2 oyunda bərbad oynamasının səbəbi ondan ibarətdir ki, burada Kadi olanda arxada kifayət qədər "çirkli iş" görürdü. Yəni topsuz komandanın pressinqinin təşkil olunmasında faydalı iş əmsalı çox böyük idi. Əbəs yerə deyil ki, bəzi oyunlarda Marko Yankoviç zədəli olanda hətta Kadi onu dayaq yarımmüdafiəçi kimi əvəz edirdi. Çünki Kadinin "6 nömrə mövqeyi"ndə belə keyfiyyət vermək bacarığı var. Amma Zubir 10 nömrə mövqeyində nə hücum planında ciddi qatqıda ola bildi, eyni zamanda arxada həm Bikalyonu, həm də Yankoviçi çılpaqcasına qoydu". 

Nəhayət, məğlubiyyətin 3-cü səbəbi kimi isə hamının bildiyi Nəriman Axundzadə olduğu qeyd edilib, amma bir qədər fərqli yanaşma ilə: 

"Qurban bəy oyundan əvvəl müsahibələrində bildirir ki, onun psixoloji problemləri var. O, təzyiq hiss edir, matçlara artıq qanı qara gəlir. Amma əgər belədirsə, bu cür kritik oyunda niyə formada olan və aktiv pressinq edən Kamillo Duranı çıxarır, Nəriman Axundzadə oyuna buraxılır? Ümumiyyətlə, ona kimi Andrade ancaq 60 dəqiqə oynayıb çıxmalıdırsa, niyə onu Kaşçuk əvəz etmir və Nəriman oyunun son 5 dəqiqəsində topu özündə saxlamaq üçün meydana buraxılmır? Sizin fikrinizcə, "Qarabağ"ın belə yanaşma ilə hələ də pley-off şansları qalırmı?" 

Miri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri