Icma.az
close
up
RU
Nəriman Benfika ya qol vuranda qəhrəman idi, indi isə düşmən elan olunur ETİRAZ

Nəriman Benfika ya qol vuranda qəhrəman idi, indi isə düşmən elan olunur ETİRAZ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünənki “Qarabağ”-“Ayaks” oyunundan sonra sosial şəbəkələrdə Nəriman Axundzadənin oynaya bilməməsi geniş müzakirələrə səbəb olub.

Bəs azarkeşlərin Nərimana yönəltdikləri tənqid və narazılıqlar nə dərəcədə əsaslıdır? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən futbol şərhçisi Ceyhun Sultanov bildirdi ki, Nəriman zəif oynaya bilər, bu normaldır:

"Oyuna baxanda görürük ki, Nərimanın qol imkanı olmadı. Hesab 2-1 olanda Kaşuk topu öndə itirir və həmin anda "Qarabağ"ın qapısına qol vurulur, sonra isə Nəriman günahkar çıxarılır. Mən tərəfdarı deyiləm ki, Nərimana qarşı heç kim heç nə deməsin. Amma bu qədər də olmaz ki, "Qarabağ"ın hər məğlubiyyəti təkcə Nərimanla əlaqələndirilsin. Yox, o futbolçudur, futbolda belə şeylər olur. Yalnız futbolçu yox, ümumiyyətlə futbolda bu cür hallar normaldır. Biz "Ayaks"ı məğlub etmək istəyirdik, amma alınmadı. Bu da normaldır. Çünki "Qarabağ"ın qarşısında duran "Ayaks"dır. Bu, Niderland çempionudur. Elə bil küçədən keçən bir komanda deyil. Bu şeylərə biz nəinki azarkeş olaraq, sadəcə insan olaraq, diqqətlə analiz etsək, görərik ki, hə, futbolda belə hallar olur".

Müsahibimiz hesab edir ki, "Qarabağ"ın yeddi xal yığması özü böyük uğurdur:

""Çelsi" ilə heç-heçə etmək belə uğurdur. Nəriman "Benfika"ya qol vurub komandanı növbəti mərhələyə çıxaranda qəhrəman idi, indi isə düşmən elan olunur. Mən bu yanaşmanı bəyənmirəm. Zəif oynamaq normaldır, zəif oynaya bilər. Amma bu gün "Qarabağ"ın heyətində 100 faizlik qol imkanından istifadə etməyib məğlubiyyətə səbəb olan futbolçu yoxdur axı. Ona görə azarkeşlərimizdən səbirli olmalarını xahiş edirəm. O, yerli futbolçudur. Əcnəbilər o qədər səhv edirlər, öz qapılarında qollar görürlər, amma bu qədər qınanmırlar. Özümüzünkünü isə ayağından dartmağı yaxşı bacarırıq. Ona görə Nəriman səbirli olmalıdır, azarkeşlərimiz də səbirli olmalıdır. Qarşıdakı oyunlara köklənmək lazımdır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri